SENSASİYA: "Əgər yaxın aylarda İsrail qalib gəlməsə, o zaman... "
Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə İsrail ordusunun ehtiyatda olan hərbçiləri yenidən xidmətə çağırması diqqət çəkən məqamlardan biridir. Bu addımın hansı hərbi strukturları əhatə etdiyi və regionda münaqişənin genişlənməsi riskini artırıb-artırmadığı isə əsas müzakirə mövzularındandır. Bəs bu çağırış İsrailin müdafiə strategiyasında hansı dəyişikliklərdən xəbər verir və vəziyyətin daha da kəskinləşəcəyi gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, son hadisələr İsrailin müdafiə sisteminin düşünüldüyü qədər effektiv olmadığını ortaya qoyub.
"İranın raket hücumları zamanı İsrailin hava hücumundan müdafiə sistemləri tam operativ reaksiya verməkdə çətinlik çəkib və nəticədə ölkə ərazisinə zərbələr endirilib.
Yaranmış vəziyyət İsrail üçün ciddi təhlükəsizlik narahatlığı formalaşdırıb. Bu səbəbdən də ordu potensialını gücləndirmək məqsədilə ehtiyatda olan hərbi mütəxəssislərin yenidən xidmətə cəlb olunmasına başlanılıb. Bu çağırış əsasən hava hücumundan müdafiə bölmələri, raket əleyhinə sistemlər, kəşfiyyat strukturları və texniki təminat sahələrini əhatə edir".
Elçin Xalidbəyli vurğulayıb ki, bu addım daha çox mövcud risklərin qarşısını almağa yönəlib və İsrail tərəfindən müəyyən mənada məcburi xarakter daşıyır.
"Əgər yaxın həftələr və aylarda İran üzərində hərbi üstünlük əldə olunmazsa, regionda münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalı arta bilər. Hazırkı proseslər Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir və bu, beynəlxalq təhlükəsizlik üçün də əlavə risklər yaradır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK