SENSASİYA: İsrail Türkiyəyə hücum edəcək, III Dünya Müharibəsi başlayacaq
"Maariv" qəzetində dərc olunan məqalədə İsrailin diqqətini İrana yönəltdiyi bir vaxtda regionda real strateji riskin Türkiyə olacağı versiyası irəli sürülüb. İsrailli yazıçı və keçmiş general Yitzhak Brik tərəfindən yazılan məqalə "İranı unudun: İsrail Müdafiə Qüvvələrinin radarında inkişaf edən daha təhlükəli təhdid" başlığı ilə yayımlanıb. Məqalədə Ankaranın getdikcə daha çox regional gücə çevrildiyi vurğulanıb və Türkiyənin uzunmüddətli perspektivdə İrandan daha ciddi strateji risk yaratma potensialına malik olduğu bildirilib.
İsrail mediasında Türkiyənin regional təhlükə kimi təqdim edilməsi real geosiyasi qiymətləndirmədir, yoxsa siyasi mesaj xarakteri daşıyır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən türk siyasətçi Ali Satan deyib:
"Biz İsrail mediasından və müxtəlif səviyyəli siyasi xadimlərdən oxşar bəyanatlar eşidirik. Bunlar İsrailin ekspansionist xarici siyasətinin təzahürüdür. Öz təhlükəsizliyini bəhanə edərək, başqa ölkələrin təhlükəsizliyini təhdid, işğal, bombardman, dağıdıcılıq, soyqırım – insanlığa qarşı cinayət əməlləri törətmək, müharibə aparmaq İsrailin xarici siyasətinin tərkib hissəsidir".
Ali Satanın sözlərinə görə, Türkiyə regionun ən güclü dövlətidir. Eyni zamanda Türkiyə həm də sülhü yaradan, qoruyan, yayan, münaqişələri dayandıran, təhlükəsizliyi və rifahı təşviq etmək üçün çalışan bir dövlətdir.
"Türkiyə heç vaxt terror təşkilatları yaradaraq müharibələrə girməyən ədalətli və şərəfli bir ölkədir. Tarixi oxuyanlar Türkiyənin və türk xalqının hərbi imkanlarını bilirlər. İsraildə ağıllı və səviyyəli insanlar Türkiyə ilə münaqişə istəməyəcəklər. İsrailin Türkiyəyə hücumu III Dünya Müharibəsinin başlaması demək olardı", — türk siyasətçi sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK