SENSASİYA: Tramp və Putinin cəhdi fiaskoya uğradı - Üçüncü Dünya Mühariəsi bu dövlətlər arasında başlayacaq
Macarıstanın Baş naziri Viktor Orbanın "Üçüncü Dünya müharibəsi təhlükəsi" ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Orban bildirib ki, bu risk yalnız ABŞ və Rusiya liderlərinin birbaşa görüşü ilə azaldıla bilər. Bəs, bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aytən Qurbanova qeyd edib ki, dünya müharibəsinin başlama ehtimalı uzun müddətdir mövcuddur:
"İki dünya müharibəsinin səbəblərinə nəzər salsaq, oxşar proseslərin son illərdə fərqli formatlarda təkrarlandığını görə bilərik. Beynəlxalq münasibətlər sistemi öz əhəmiyyətini itirib, güc faktoru isə ön plana çıxıb. Bu isə yeni beynəlxalq münasibətlər sisteminin yaranması üçün zəmin formalaşdırır. Tarixdə bu, sülh yolu ilə mümkün olmayıb, ona görə indi də yeni bir müharibə riski qaçılmaz görünür".
Politoloq əlavə edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu gərginliyin kulminasiya nöqtəsidir:
"Dialoq imkanlarının dəyərləndirilməsi, ABŞ və Rusiya arasında atəşkəsə nail olmaq istiqamətində aparılan cəhdlər, Üçüncü Dünya Müharibəsinin hərbi cəbhədə alovlanmasının qarşısını almaq məqsədi daşıyır. Hazırda davam edən gərginlik həm siyasi-diplomatik, həm informasiya, həm də iqtisadi müstəvilərdə müharibə formasında davam edir. Bu isə hərbi müstəviyə keçid üçün real təhlükə yaradır".
Müşviq Tofiqoğlu
KONKRET.az

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var