Sərhəddə gərginlik: Naxçıvan istiqamətində yeni hücum təhlükəsi?
Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şərti sərhəddəki postunun görüntüləri yayılıb. Videoda erməni hərbçilərin postun ətrafında durduğu və postun ətrafına məftil çəkdiyi müşahidə edilir.
Tək məsələ bu deyil, Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması, regionda yenidən gərginliyin artmasına və növbəti qarşıdurmaların baş verə biləcəyinə dair ciddi siqnallar verir. Son dövrlərdə sərhəd boyunca təxribatların artması, iki ölkə arasında sülh danışıqlarının nəticəsiz qalması və hərbi əməliyyatların yenidən alovlanma ehtimalı bölgədəki təhlükəsizliyə böyük təhlükə yaradır.Bu hadisələr Cənubi Qafqazda geopolitik gərginliyin bir daha artdığını və Naxçıvan istiqamətində vəziyyətin kritik həddə çatdığını göstərir.
Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması, uzun müddətdir davam edən sülh səylərinə baxmayaraq, regionda sabitliyin hələ də kövrək olduğunu göstərir. Bu cür təxribatlar təkcə hər iki ölkə arasındakı münasibətləri gərginləşdirmir, həm də Naxçıvanın strateji əhəmiyyəti baxımından toqquşmaların baş vermə ehtimalını artırır.
Bəs sentyabr ayı girəndən bəri Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulmasının səbəbi nədir və həmin istiqamətdə münaqişə baş verməsi ehtimalı varmı?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev News24.az-a açıqlamasında bildirib ki, Ermənistan Vaşinqtonda Avropa İttifaqı və ABŞ-la hərbi pakt imzaladı və bu sənədin imzalanmasından sonra Ermənistan həm danışıqlar masasında, həm də şərti sərhəddə özünü kifayət qədər aqressiv aparır:
"Atəşkəsin intensiv bir şəkildə pozulması, həm də Ermənistan tərəfindən səslənən bəyanatlar xəbər verir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və nəticədə Azərbaycanla sülh sazişi imzalamaq niyyətində deyil. Kəlbəcərin kifayət qədər intensiv şəkildə atəşə tutulması isə təbii ki, proseslərdən xəbərdar olan ölkələri eskalasiya təhlükəsini yüksək qiymətləndirilməsinə şərait yaradır".
Ekspert qeyd edib ki, sentyabr ayı gəldikdə Ermənistan tərəfindəki hərbi-siyasi rəhbərlik növbəti dəfə "dəmir yumruq" zərbəsi ilə isti başlarını soyutmaq üçün şərait yaradırlar. Onun sözlərinə görə, Ermənistanın belə bir addımlar atması Azərbaycanın səbrini tükəndirə bilər:
Ədalət Verdiyev
"Hazırda vəziyyət kifayət qədər gərgindir. Çünki Ermənistan Azərbaycanla şərti sərhəddə xüsusilə də Qarakilsə və Naxçıvan istiqamətində yeni hərbi hissələr yaradır. Həmin hərbi hissələr ağır artileriya qurğuları ilə təchiz edilir. Digər tərəfdən isə Ermənistan bir çox ölkələrdən, xüsusilə də Fransadan və Hindistandan silahlar əldə edir. Bu silahlar hücum xarakterlidir və onlar birmənalı olaraq Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulub".
Ədalət Verdiyiv əlavə edib ki, Ermənistan tərəfi silahlanmadan əl çəkməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, təxribatlardan isə tamamilə çəkilməlidir. Çünki bu təxribatlar nəticəsində Azərbaycan əsgərinin sağlamlığına zərər dəyərsə, Ermənistan tərəfi çox ciddi şəkildə cəzalanacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb