Sərhəddə vəziyyət dəyişdi: Sülh müqaviləsi təxirə salınır - KRİTİK GƏLİŞMƏ

Sərhəddə vəziyyət dəyişdi: Sülh müqaviləsi təxirə salınır - KRİTİK GƏLİŞMƏRusiya-Ukrayna münaqişəsi getdikcə daha da kəskinləşir və bölgədə vəziyyət gərgin olaraq qalır. Son həftələrdə Ukrayna ordusu xüsusilə Rusiya ilə sərhəd ərazilərdə irəliləmə cəhdlərini artırıb, bu da müharibənin daha da genişlənməsinə səbəb olub. Kursk vilayətində baş verən irəliləyişlər və digər cəbhə xətləri boyunca baş verən döyüşlər hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
KONKRET.az xəbər verir ki,Rusiyanın bu irəliləyişlərə qarşı reaksiyası sərt olub və cavab olaraq yeni hücumlar həyata keçirib. Qərb dövlətləri isə Ukraynanı silah və maliyyə yardımı ilə dəstəkləməyə davam edir, bu da münaqişənin uzanmasına və daha da mürəkkəbləşməsinə yol açır. Ekspertlər, bu durumun yaxın aylarda daha böyük miqyasda döyüşlərə və yeni humanitar böhrana səbəb ola biləcəyini proqnozlaşdırırlar.
Son məlumatlara görə, Ukrayna qüvvələri Kursk vilayətində irəliləməyə başlayıb. Bu irəliləyiş münaqişənin daha da şiddətlənməsinə səbəb olub, regionda gərginliyi artırmaqdadır. Rusiya ordusu bu hücumlara qarşı güclü müqavimət göstərməyə çalışsa da, Ukrayna qüvvələrinin əzmi və strateji üstünlüyü müharibənin taleyini dəyişə bilər.
Maraqlıdır, Rusiya-Ukrayna münaqişəsində yeni gərginliklər müharibənin gedişatını dəyişdirəcəkmi?
Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli  açıqlamasında bildirib ki, Ukrayna ordusunun Kursk vilayətində əks hücuma keçməsi gözlənilməz oldu:
"Ukraynanın qəfil hücumu hamı, əsasən də Rusiya üçün gözlənilməz oldu. Kreml gözləmirdi ki, Ukrayna hücuma keçib onların ərazilərinə girə bilər. Baş verənlər Rusiyanın imicinə beynəlxalq səviyyədə zərbə vurdu. Burada iki nəticənin əldə olunmasına cəhd olunur. Ukrayna və onu dəstəkləyən Qərb çalışır ki, savaşı Rusiyanın ərazisinə keçirməklə Kremli daha da pis vəziyyətə salsınlar və gələcək sülh danışıqlarında Rusaiyanın şərtləri diktə etməsinin qarşısını alsınlar".
Politoloqun sözlərinə görə, Rəsmi Kiyev çalışır ki, Rusiya ərazisində müəyyən bölgələrə nəzarəti ələ keçirməklə Ukraynanın Donbas və Kırım ərazilərinin azad olunması tələbini irəli sürə bilsin: "İndiki stuasiya qorunub saxlanılarsa, o zaman Kreml Kursk və Belqorod bölgələrinin geri qaytarılması əvəzində Donbas və Kırımdan imtina etmək məcburiyyətində qala bilər. Eyni zamanda burada ABŞ-da keçiriləcək prezident seçkilərinin də təsiri var. Bayden administrasiyası seçkiyə qədər Rusiyanın hərbi cəhətdən çətin vəziyyətə salmaq istəyir".
Elçin Xalidbəyli qeyd edib ki, Ağ Ev ABŞ vətəndaşlarına təbliğ etmək istəyir ki, onlar özlərinin əsas beynəxlaq rəqibini çətin duruma salıb. Seçkilərə qədər dünyada ABŞ-ın mövqeyinin möhkəmləndiyini sübut etmək istəyirlər./News24.az

Siyasi       Tarix: 26 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun