Sərnişindaşıma şirkətləri və vətəndaşlar qarşı-qarşıya: Gediş haqqı artırılacaq? - FOTO

Sərnişindaşıma şirkətləri və vətəndaşlar qarşı-qarşıya: Gediş haqqı artırılacaq? - FOTOSərnişindaşıma şirkətləri və vətəndaşlar qarşı-qarşıya: Gediş haqqı artırılacaq? - FOTO
Sərnişindaşıma şirkətləri fərqli dövrlərdə yanacağın bahalaşması, müflisləşmə kimi səbəblərdən gediş haqqının qaldırılması tələbi ilə çıxış edirlər. Bir neçə gün öncə analoji hadisə təkrar yaşanıb. Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ediblər.
Onlar gediş haqqının artırılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və yaranmış vəziyyəti müzakirə etmək üçün birgə görüşün təşkil edilməsini istəyiblər. Buna səbəb kimi son vaxtlar bahalaşmanın daşıyıcı şirkətləri çətin vəziyyətə salması göstərilib. Onlar pandemiyaya görə 2020-ci ildə sərnişindaşıma şirkətlərinə ayrılan 280 milyon manat vəsaitdən şirkətlərə heç bir yardım göstərilməməsindən şikayətləniblər. Bundan əlavə, yanvar və aprel aylarında qiymət artımı tələbi ilə Tarif Şurasına müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını da bildiriblər. 
Sərnişindaşıma şirkətlərini gediş haqqı narahat edirsə, vətəndaşların narahatlıqları və narazılıqları bundan da böyükdür. Günümüzdə ən çox müzakirə edilən məsələ yolların iflic vəziyyətdə olmasıdır. Metro və avtobuslardakı sıxlıq səbəbi ilə insanlar 15-20 dəqiqəlik yolu iki saata getməli olurlar. Mənzil başına çatmaq üçün saatlarla tıxacda qalırlar. Buna səbəb isə həm nəqliyyat vasitələrinin hərəkət qrafikinin tənzimlənməməsi, həm də Bakının yükünün artmasıdır. 
Maraqlıdır, həm sərnişindaşıma, həm də vətəndaş narazılığının pik həddə olduğu bir dövrdə qiymət artımına gedilmə ehtimalı nə qədərdir?
Nəqliyyat eksperti Aslan Əsədov Oxu.Az-a açıqlamasında hazırkı dövrdə qiymət artımının doğru qərar olmayacağını deyib:
Sərnişindaşıma şirkətləri və vətəndaşlar qarşı-qarşıya: Gediş haqqı artırılacaq? - FOTO"Sonuncu dəfə Bakı Metropolitenində gediş haqqı 30 qəpik təyin edildi. Ondan sonra hər dörd-beş aydan bir məsələni gündəmə gətirirlər. Əslində, Tarif Şurasının şirkətlərin müraciətini necə qəbul edəcəyi göz önündədir. Fikrimcə, qiymət artımına gediləcək və artım təxminən 10-15 qəpik olacaq.
Burada səbəb həm şirkətlərin gəlirinin, həm də sərnişindaşımanın az olmasıdır. Sərnişindaşımanın az olmasının başlıca səbəbi isə tıxacdır. Avtobusların istifadə qaydalarına müntəzəm əməl olunmadığına görə sərnişindaşıma yüksək həddə çata bilmir. İnsanlar daim avtobus gözləyirlər, avtobus isə vaxtında gəlmir". 
Ekspert qiymət artımının insanlar arasında narazılığı artıracağını da diqqətə çatdırıb:
"Qiymət artımı həmişə vətəndaşları qayğılandırıb, onlarda aqressiya yaradıb. Ona görə də qiymət artımına gedilməməlidir. Müraciəti hansı iqtisadi əsaslandırma ilə dövlətə təqdim etdikləri bilinmir, açıqlamaya da bilərlər. Fikrimcə, yanacağın qiyməti əsas götürülüb, lakin avtobuslarda alternativ yanacaq sistemindən istifadə etmək mümkündür. Dünya praktikasında elektrikli avtobuslardan istifadə var. Təəssüf ki, bizim ölkəyə bunlar gətirilməyib, gətirilsə də, az saydadır".
Sayad Həsənli

Maraqlı       Tarix: 29 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az