Sərxoş kişinin ruhi xəstə qadını döyərək zorlaması ilə bağlı rəsmi AÇIQLAMA
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qax rayonunun Turaclı kəndində sərxoş kişinin ruhi xəstə qadını döyərək zorlaması ilə bağlı məsələyə münasibət bildirib.
Azxeber.com-un məlumatına görə, qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı informasiya daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar:
"Qax Rayon İcra Hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu, 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb.
Zərərçəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata keçirilir. Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri altında törətdiyini bildirib".
"Dövlət komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək", - deyə o qeyd edib.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR