Səudiyyə Ərəbistanının Çinlə son anlaşması Ağ Evi özündən niyə çıxartdı? - "Fox News"-un ŞƏRHİ

Səudiyyə Ərəbistanının Çinlə son anlaşması Ağ Evi özündən niyə çıxartdı? - Səudiyyə Ərəbistanı yaxın gələcəkdə Çinə böyük həcmdə neft satışı ilə bağlı razılığa gəlib. Bu məsələdə ən diqqət çəkən məqam odur ki, Çin höküməti qarşı tərəfə ödənişi yuanla edəcək. Bu isə ABŞ dollarına çox böyük zərbə ola bilər. ABŞ-ın hər zaman strateji tərəfdaşı sayılan Səudiyyə Ərəbistanı höküməti indiki gərgin vaxtda bəs niyə belə bir addım atıb?
Səudiyyə Ərəbistanının rəhbərliyi Vaşinqtondan niyə bu qədər incidir?
KONKRET.az xəbər verir ki, Trampın prezidentliyi dövründə Ağ Evin Müdafiə Departamentinin rəsmisi olan Elbridge Kolbi bununla bağlı "Fox News"-un efirində Tucker Karlsona bəzi açıqlamalar edib.
Onun fikrincə, bu Bayden administrasiyasının strateji planlaşdırmasının uzaqgörən olmamasının və səmərəsizliyinin məntiqi nəticəsidir. "Bizim həyatımıza ən pis təsir edən amil dolların "oynaması" ola bilər. Bu isə dünya iqtisadiyyatında iki qütbün amansız mübarizəsi nəticəsində ola bilər. Qütblərin birinə ABŞ, digərinə Çin rəhbərlik edir. Bu qütbləşmə hesabına dolların "oynaması"və infilyasiyanın ağır nəticələri təkcə ABŞ-da deyil, iqtisadi dayanıqlığı zəif olan ölkələrdə daha çox hiss olunacaq"-deyə Kolbi bildirib.
O əlavə edib ki, mən sizinlə razıyam, biz dolların hökmranlığı haqqında ciddi və ayıq düşünməli, həm də ondan istifadəyə maksimum diqqət yetirməliyik. Səudiyyə Ərəbistanı ilə yaranan qlobal böhran Bayden adminstrasiyasının strateji planlaşdırmadakı korazehin olmasının və səmərəsiz fəaliyyətinin "acı meyvələridir".
Bayden Administrasiyası səudiyyəlilərə qarşı sərt davranıb. Bəli, Camal Qaşıqçının qətli son dərəcə xoşagəlməz hadisə idi. Amma sabah kömək istəyəcəyin dövlətlə kimə və nəyə görəsə bu gün münasibətləri korlamamalısan.
Bu, nəticələrə strateji məqsədəuyğunluq prizmasından baxmaq zərurətini nümayiş etdirən yeganə nümunə deyil. Siyasət nə qədər çirkin bir şey olsa da orda da yüksək mənəvi xarakter nümayiş etdirməyə bacarmalısan. Əks halda, biz uzunmüddətli perspektivdə amerikalıların maraqlarını müdafiə edə bilməyəcəyik.
Xatırladaq ki, bu günlərdə Co Bayden Səudiyyə şahzadəsinə zəng vurub. Lakin şahzadə ABŞ prezidentinin telefonuna cavab verməyib. Bu isə Vaşinqtonla Ər-Riyad arasında çox ciddi problemlərin yarandığına bir işarədir.
"Fox News", ABŞ. 17 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az

Siyasi       Tarix: 18 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur". Bu fikri mövz

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 1

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim xeber.az zelzele beynelxalq bank mezenne