"Şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə giriş neqativ halların qarşısını alacaq" - EKSPERT DANIŞDI
"Artıq bəzi ölkələrdə sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə konkret olaraq qardaş Türkiyədə müəyyən addımlar atılıb və ilin sonuna qədər sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması gözlənilir".
Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.
Onun sözlərinə görə, bu, kifayət qədər düzgün yanaşmadır. Çünki hazırda sosial şəbəkələrdə istənilən şəxs saxta profil yaradaraq hüquqa zidd hərəkətlər edə bilir. Milli-mənəvi dəyərlərin təhqir olunması, insanların alçaldılması, qeyri-etik paylaşımlar, dövlət əleyhinə çıxışlar, hətta terrorizmin təbliği kimi hallarla tez-tez qarşılaşırıq. Bu problem təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada müşahidə olunur.
Bu baxımdan, sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə girişin təmin olunması belə neqativ halların qarşısının alınmasına kömək edə bilər. Nəticədə, daha sağlam və məsuliyyətli bir sosial media mühiti formalaşa bilər.
Qeyd etmək lazımdır ki, bu sistem şəxsi məlumatların sosial şəbəkələrə ötürülməsi demək deyil. Məsələn, Türkiyə təcrübəsində bu məlumatların platformaların bazasına daxil edilməsi nəzərdə tutulmur. Sadəcə olaraq, istifadəçinin şəxsiyyəti təsdiqlənir və bu, dövlət nəzarəti çərçivəsində həyata keçirilir.
Gələcəkdə Azərbaycanda da bu cür bir sistemin tətbiqi mümkündür. Xüsusilə nəzərə alsaq ki, sosial şəbəkələr , əsasən də TikTok və Instagram, yeniyetmələr arasında bəzən mənfi təsirlər yaradır. Bu isə bəzi hallarda psixoloji problemlərə, hətta daha ağır nəticələrə gətirib çıxara bilir.
Bu səbəbdən hesab edirəm ki, belə bir addım artıq zamanın tələbidir. Dünyanın bir çox ölkəsində sosial şəbəkələr və süni intellektlə bağlı qanunvericilik tədbirləri gücləndirilir. Əgər bu sistem tətbiq olunarsa, istifadəçilər öz hüquqi məsuliyyətlərini daha yaxşı dərk edər və sosial mediada davranış mədəniyyəti yüksələr". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu