Si Cinpin ABŞ-a qarşı ÇAĞIRIŞ ETDİ
Çin Xalq Respublikasının Sədri Si Cinpin Braziliya Prezidenti Lula da Silva ilə söhbəti zamanı bildirib ki, iki ölkə qlobal problemlərin həllində birlikdə fəaliyyətini davam etdirməli, xüsusilə də onların yaratdığı "Sülh dostları" qrupunun "Ukrayna böhranının" siyasi yolla həllində rolunu gücləndirməlidirlər.
KONKRET.az xəbər verir ki, Lula da Silva Braziliyanın Çinlə münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. O, Braziliya ilə ABŞ arasındakı son hadisələrdən və ölkəsinin suverenliyini qətiyyətlə müdafiə edən prinsipial mövqeyindən danışıb. Si Cinpin Braziliyanı dəstəkləyərək "təktərəfli qərarlar və proteksionizmə qarşı birgə hərəkətə" çağırıb. Çin adətən bu anlayışlardan ABŞ-ın ticarət siyasətini tənqid etmək üçün istifadə edir. Çin lideri həmçinin qeyd edib ki, Qlobal Cənub ölkələri beynəlxalq ədalət və qanuniliyin dəstəklənməsi, beynəlxalq münasibətləri tənzimləyən əsas normalara riayət olunması və inkişaf etməkdə olan ölkələrin qanuni hüquq və maraqlarının müdafiəsi üçün birlikdə çalışmalıdır.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı