Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu
Sidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.
SYİ əsas səbəbləri. Sidikçıxarıcı sistemin infeksiyalarına qadınlarda daha tez-tez rast gəlinir. Bu qadın sidikçıxarıcı sistemin xüsusiyyətləri ilə əlaqədardır. Qadınlarda sisikçıxarıcı kanal qısa olduğundan, infeksiyanın inkişaf etdiyi sidik kisəsinə bakteriyanın yolu qısalır. Sidikçıxarı sistemin infeksiyasının daha yayılmış törədicisi bağırsaq çöpüdür. Bəzən iltihabi prosesi xlamidiya, streptokokk, enterokokk, klebsiella, protey və digərlər törədicilər yarada bilər.
SYİ formaları və əlamətləri. Uretranın iltihabı zamanı uretrit, sidik kisəsinin iltihabında sistit, infeksiya böyrəkləri əhatə etdikdə pielonefrit qeydə alınır. Sidikçıxarıcı yolların infeksiyalarının əlamət və təzahürlərinə güclü, daimi sidiyə getmə istəyi, sidiyin xarix olunması zamanı yanğı hissi, sidiyin bulanıq olması aiddir.
SYİ əsas ağırlaşmaları. Bunlara aiddir: təkrarlanan, xüsusən qadınlarda infeksiya; müalicə olunmadıqda böyrəklərin kəskin və ya xroniki infeksiyası (pielonefrit); aşağı bədən çəkili uşaqların doğuşunun yüksək riski; kişilərdə təkrarlanan uretrit sonrası uretranın daralması.
SYİ müalicəsi və profilaktikası. Bəzən antibiotiklərin hüceyrədaxili konsentrasiyası bakterisid konsentrasiya yaratmaq üçün kifayət etmədiyindən antibakterial müalicə effektli olmur. Uropatogenlərin persistə dövründə fitoterapvtik preparatlar xüsusi rol oynayır. Son illərdə uroloji təcrübədə təbii mənşəli bitki preparatları geniş istifadə olunur. Dərman bitkilərinin istifadəsinin effektivliyi tək təcrübi yolla deyil, elmi əsaslandırılmış biokimyəvi və bioloji üsulların köməyilə sübut edilmişdir. Bununla yanaşı onların digər cəlbedici xüsusiyyəti ağırlaşma və xoşagəlməz əlavə təsirlərin inkişaf riskinin aşağı olmasıdır. Təbbi vasitələr əsasən sidikçıxarıcı yollara antiseptik, spazmolitik, iltihabəleyhinə təsir göstərirlər, böyrək qan dövranını yaxşılaşdırır və kapilyarların keçiriciliyini azaldırlar, diuretik təsirə malikdirlər, böyrəklərin funksiyasını yaxşılaşdırırlar, antibakterial müalicənin effektini artırırlar.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var