Sığınacağa gələn uşaqların çoxu zorakılığa məruz qalanlardır

Sığınacağa gələn uşaqların çoxu zorakılığa məruz qalanlardır"Demişdim ki, yaşlı kişilərin cavan qızlarla münasibəti pedofiliyadan fərqlənmir - bu, psixoloji bir xəstəlikdir. Eləcə də yaşlı qadınların gənc oğlanlarla münasibəti".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşıb.
O, son günlər dünya mediasının zəbt edən maliyyəçi Ceffri Epşteynlə bağlı bunları əlavə edib:
"Bütün sosial media Epşteyn işi ilə silkələnir. Hamı elə təəccüblənir ki, guya indiyə kimi ilk dəfədir belə xəbərləri eşidir. Halbuki real hadisələr əsasında nə qədər filmlər çəkilib - Koreya, Çin, Kolumbiya, Türkiyə və sair ölkələrdə uşaq oğurluğu və cinsi istismar mövzusunda.
Vatikan və Katolik kilsəsində uşaq istismarı real və sübut olunmuş hadisələr silsiləsidir. Əsasən: minlərlə keşişin uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunması, kilsə rəhbərliyinin illərlə bunu gizlətməsi, zərərçəkənlərin susdurulması.
Son illərdə isə Pope Francis dövründə bir çox sənədlər açıldı, minlərlə iş məhkəmələrə verildi, kilsə rəsmi şəkildə üzr istədi (amma hələ də hər şey tam həll olunmayıb). Bu hadisələr ABŞ, Fransa, Almaniya, Avstraliya və başqa ölkələrdə rəsmi hesabatlarla sübut edilib, amma hələlik nəticəsiz qalıb.
Bizdə guya yoxdur? Elə bir neçə ay əvvəl 4 yaşlı uşağın başına gələnlər, Nərminin hadisəsi nə tez yaddan çıxdı. Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi? Sığınacağa gələn uşaqların əksəriyyəti zorakılığa məruz qalanlardır. Susan, səsini duyura bilməyən, dərdini deməkdən çəkinən, utanan nə qədər uşaq və yeniyetmə var. Bir ətrafınıza baxın. Hələ nə qədər də əxlaqsız var ki, pulu ilə istədiyini satın ala bilir. Ona görə də hər dəqiqə bir post paylaşıb guya nəsə yaxşı iş görürsünüz kimi özünüzü reklam etməyin. Bezdik adını yazmaq istəmədiyim insanların xəbərlərini görməkdən".
Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. O, guya azyaşlı qızları fahişəliyə cəlb edib, onlara zorakılıq göstərib, nüfuzlu tanışlarına şantaj və ya əlaqələri möhkəmləndirmək məqsədilə təqdim edib.
2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. 
SON XƏBƏRLƏR

Şou Biznes       Tarix: 07 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir

Makaron, tort, üzgüçülük və porsiya nəzarəti. 62 yaşlı aktrisa Monika Bellucci formada qalmaq üçün tətbiq etdiyi qaydaları açıqlayıb. Dünya şöhrətli italiyalı aktrisa yaşına baxmayaraq, formada görünüşünü qoruyur. O formad

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele en son xəbərlər bugün cəbhədən canlı cəbhədən son xeber