"Sığınacaq alanlar süni intellektdən Azərbaycana qarşı istifadə edirlər
"Əfsuslar olsun ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox informasiya texnologiyalarına, mədəniyyətə və siyasətə inteqrasiya edir".
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Vətəndaşların hüquqlarının, müəllif hüquqlarının pozulması, siyasi həyatının cəmiyyətə başqa cür çatdırılmasının şahidi oluruq.
Xüsusilə Azərbaycandan qadın paltarında qaçan və ya aşağılayıcı ad altında sığınacaq alan şəxslər bu gün süni intellektdən Azərbaycan dövlətinə, xalqına, ordusuna qarşı olmazın yalanlarını sərgiləyirlər, süni intellektlə düzəldilmiş şəkilləri paylaşmaqla bu kimi addımlar atırlar. Bu Qanun qəbul ediləcəyi təqdirdə xaricdə yaşayan şəxslər belə süni intellektlə hansısa Azərbaycan vətəndaşının hüququnu pozduqda bu və ya digər şəkildə cinayət məsuliyyətinə cəlb olunacaq", - deputat qeyd edib.

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK