Silikon döş implantlarının təhlükəli təsirləri açıqlandı
Silikon döş implantlarının təhlükəli təsirləri açıqlandı
Silikon döş implantları olan qadınlarda immunitet sisteminin disfunksiyası inkişaf edə bilər. Bu isə qalxanabənzər vəzinin zədələnməsinə səbəb olur.
Rusiyanın Sankt-Peterburq Universitetinin Autoimmunitet Mozaika Laboratoriyasının alimləri apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.
Alimlər həm silikon implantlı, həm də silikon implantsız döş əməliyyatı keçirən 106 qadının immun və endokrin sistemlərinin vəziyyətini təhlil ediblər. Təhlillər müdaxilədən əvvəl, üç ay, altı ay və ondan bir il sonra aparılıb.
"Biz otoantikorların səviyyəsinin artması (qalxanabənzər vəzinin hormonları çoxaldır) fenomenini müəyyən etdik. Bu, yalnız silikon implantları olan xəstələrdə müşahidə olunub, implantsız əməliyyatlar qrupunda isə belə artım olmayıb", - deyə tədqiqatın əsas müəllifi, plastik cərrah Valeri Zolotıx bildirib.
Qeyd edək ki, silikon implantlar ən çox yayılmış plastik cərrahiyyə növü olmasına baxmayaraq, onların təhlükəsizliyi hələ də mübahisəli məsələdir.
Mənbə: Gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR