"Silk Way Technics" 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir

"Silk Way Technics" 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir"Silk Way Technics" 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
"Silk Way Group" şirkətlər qrupuna daxil olan "Silk Way Technics" fəaliyyətinin 15 illiyini qeyd edir. 2006-cı ildə təsis edilmiş "Silk Way Technics" şirkəti müxtəlif növ hava gəmilərinin cari təmiri və texniki baxışı üzrə geniş xidmətlər göstərir. 
Fəaliyyətinin ilk illərində şirkət əsasən MDB ölkələrinin istehsalı olan hava gəmilərinə texniki xidmət göstərib. Daha sonra Azərbaycana uçuş yerinə yetirən xarici aviaşirkətlərə xidmət etmək üçün sertifikasiya bazasını genişləndirmək ehtiyacı yarandı. Beləliklə, 2010-cu ildə "Silk Way Technics" Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) sertifikatlaşdırma prosesinə qoşularaq "Boeing", "Airbus", "Embraer", "ATR" və "Gulfstream" tipli hava gəmilərinə texniki xidmət göstərmək imkanı əldə etdi. Nəticədə ABŞ, Bəhreyn, Qətər, Küveyt, BƏƏ və bir sıra ölkələrin aviasiya qurumları tərəfindən "Silk Way Technics" hava gəmilərinə texniki xidmət göstərən bir şirkət kimi qlobal miqyasda tanındı. 
Bu gün "Silk Way Technics" sadəcə "Silk Way West Airlines", "Silk Way Airlines" və Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrinə deyil, eyni zamanda MDB ölkələri, Avropa və Yaxın Şərqin "Aeroflot", "Etihad", "Jazeera Airways", "Kuwait Airways", "Qatar Airways", "Sibir", "Ural Airways" kimi aviaşirkətlərinə məxsus olan hava gəmilərinə də xidmət göstərir. "Silk Way Technics" şirkətinin işçi heyəti bilik və bacarıqları beynəlxalq sertifikatlarla təsdiq edilmiş yüksəksəviyyəli peşəkarlardan ibarətdir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində yerləşən və "Silk Way Technics" şirkətinə məxsus 26000 m² sahəsi olan kompleks Xəzər dənizi və Orta Asiya bölgəsində ən böyük anqardır. Ən müasir avadanlıqlarla təchiz edilmiş bu anqarda eyni vaxtda bir neçə təyyarəyə xidmət göstərmək mümkündür. 
"Uzun illərin qiymətli təcrübəsi və texniki baza ilə texnoloji infrastrukturun davamlı olaraq müasirləşdirilməsi bizim ən vacib nailiyyətlərimizdir. Məhz bunun sayəsində "Silk Way Technics" təkcə Azərbaycanın deyil, həmçinin dünyanın digər tanınmış aviaşirkətlərinin hava gəmilərinə əhatəli xidmət göstərir. Təbii ki, əldə etdiklərimizlə kifayətlənmirik və ən yeni növ hava gəmilərinə texniki xidmət göstərmək üçün öz imkanlarımızı davamlı olaraq təkmilləşdiririk", - deyə "Silk Way Technics" şirkətinin baş direktoru Emin Səfərov bildirib. 
2006-cı ilin iyul ayında təsis edilmiş "Silk Way Group" dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra "Silk Way Group" şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – "Silk Way Airlines", "Silk Way West Airlines" və "Silk Way Technics" fəaliyyət göstərir. /oxu.az

Turizm       Tarix: 04 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026 ensonxeberler cəbhədən son durum