"Silk Way West Airlines" "2020-ci ilin yükdaşıma aviaşirkəti" seçilib
"Silk Way West Airlines" "2020-ci ilin yükdaşıma aviaşirkəti" seçilib
Cənubi Koreyanın İnçxon hava limanı "Silk Way West Airlines" şirkətini nüfuzlu "2020-ci ilin yükdaşıma aviaşirkəti" adına layiq görüb. Beləliklə, beynəlxalq yükdaşımaların ümumi həcmini 25000 tona çatdıran aviaşirkət ən yaxşı hava yükdaşıyıcısı kimi tanınıb.
Son beş il ərzində keçirilən illik mükafatlandırma mərasiminin əsası 2016-cı ildə qoyulub.
Seul yaxınlığında yerləşən İnçxon limanı dünyanın ən böyük və sıx hava limanlarındandır.2020-ci ildə "Skytrax – dünyanın hava limanları mükafatları" sıralamasında dördüncü pilləyə yüksəlmiş İnçxon dünyanın 10 ən vacib hava limanı siyahısına düşüb.
"Silk Way West Airlines" şirkətinin İnçxon hava limanına səfərləri 2014-cü ilin oktyabr ayında başlayıb. O vaxtdan etibarən uçuş əməliyyatlarının yüksək səviyyədə icra olunması sayəsində Koreyanın əsas hava limanı marşrutu istiqamətində şirkət böyük satış göstəriciləri əldə edib.
"Bu uğur bütün dünyada tərəfdaşlarımızla uğurlu əməkdaşlığımızın nəticəsidir. Dünyanın ən böyük hava limanlarının birindən belə bir nüfuzlu mükafat almamız bizi fərəhləndirir", - deyə "Silk Way West Airlines" aviaşirkətinin Koreya və regional potensiala nəzarət üzrə baş meneceri Kyunq-Hvan Kim bildirib.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli "Silk Way West Airlines" 15 müasir "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 300-dən çox uçuş həyata keçirir. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 350 min tondan artıqdır. Şirkət "Boeing" aviakonserni tərəfindən donanmanın böyüklüyü, uçuş coğrafiyası və yükdaşıma həcminə görə ən sürətlə böyüyən aviadaşıyıcı kimi tanınıb və bu üç meyara görə Avropanın yalnız yükdaşıma ilə məşğul olan aviaşirkətləri arasında üçüncü olub. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 50-dən artıq istiqaməti əhatə edir. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var