"Silk Way West Airlines" hava yükdaşımalarında uçuş təhlükəsizliyində növbəti IATA sertifikatına layiq görüldü

"Silk Way West Airlines" hava yükdaşımalarında uçuş təhlükəsizliyində növbəti IATA sertifikatına layiq görüldü"Silk Way West Airlines" hava yükdaşımalarında uçuş təhlükəsizliyində növbəti IATA sertifikatına layiq görüldü
"Silk Way West Airlines" hava yükdaşımalarında uçuş təhlükəsizliyi üzrə növbəti IATA sertifikatına layiq görülüb
COVID-19 koronavirus pandemiyası şəraitində qlobal miqyasda hava yolu ilə yükdaşımaların həcminin artmasına baxmayaraq, "Silk Way West Airlines" şirkəti beynəlxalq səviyyədə qəbul edilmiş uçuş təhlükəsizlik standartlarına tam cavab verərək bu müddət ərzində yüksək göstəricilərə nail olub. 2015-ci ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü olan "Silk Way West Airlines" bu qurumun audit prosedurunu uğurla keçərək növbəti dəfə IATA Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) standartına uyğunluğunu təsdiq edib. İlk dəfə olaraq onlayn formatda aparılmış təftişin nəticələrinə əsasən, "Silk Way West Airlines" artıq dördüncü dəfədir ki, hava yolu ilə yükdaşımalarda qəbul edilmiş beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən aviaşirkət olduğunu sübut edib.
IOSA audit proqramı bir neçə istiqamət üzrə yüzlərlə zəruri standart və tövsiyə prosedurunu özündə ehtiva edir. Bura yer, yük və uçuş əməliyyatları, habelə aviapark xidmətləri və hava yolu nəqliyyatının təhlükəsizliyi məsələləri daxildir.
"Beynəlxalq təhlükəsizlik standartlarının təminatı və müştərilərimizin maraqlarının qarşılanması bizim üçün əsas prioritetlərdir. Ən yüksək əməliyyat təhlükəsizliyi standartlarına riayət edən "Silk Way West Airlines" növbəti IOSA sertifikatı ilə bir daha müştərilərinin etimadını doğruldub", - deyə "Silk Way West Airlines" şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli "Silk Way West Airlines" 12 müasir "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci il tarixində "Boeing" aviakonserni ilə beş ən müasir "777F" yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dən artıq istiqaməti əhatə edir.
"Silk Way West Airlines" şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu "2020-ci ilin yükdaşıma aviaşirkəti" adına layiq görülüb. /oxu.az

Turizm       Tarix: 25 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag