"Silk Way West Airlines" Hindistan istiqamətində yükdaşımalarının şəbəkəsini genişləndirir

"Silk Way West Airlines" Hindistan istiqamətində yükdaşımalarının şəbəkəsini genişləndirir
Bu gün "Silk Way West Airlines" Hindistanın Mumbay şəhərindən Bakıya "Boeing-747F" təyyarəsi ilə ilk həftəlik uçuşunu həyata keçirib. Həftənin cümə axşamı günü yerinə yetirilən bu yeni birbaşa reys Hindistanın ən vacib beynəlxalq hava yükdaşımaları məntəqələrindən olan Mumbay Çhatrapati Şivaci Beynəlxalq Hava Limanı ilə Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunu birləşdirir.
Cari ilin iyun ayında aviaşirkət Bakını Dehli İndira Qandi Beynəlxalq Hava Limanı ilə birləşdirib və həcmi 100 tona çatdırılmış həftəlik "Boeing-747F" reyslərini yerinə yetirməyə başlayıb. Mumbay istiqaməti artıq "Silk Way West Airlines" aviaşirkətinin Hindistanın hava yükləri bazarındakı ikinci marşrutudur. Yeni reyslərin açılması ilə aviadaşıyıcı həm Hindistan, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımalarının keyfiyyətini davamlı artırmaqla Asiya kontinental yük şəbəkəsində getdikcə daha mühüm rol oynayacaqdır.
"Bakını Mumbay ilə birləşdirəcək yeni Hindistan istiqamətinin açılması bizi məmnun etdi. "Silk Way West Airlines" hindistanlı tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində bölgədəki şəbəkəsini davamlı olaraq genişləndirməkdədir. Yeni uçuşlar "Silk Way West Airlines" və hindistanlı həmkarlarımız arasındakı ikitərəfli tərəfdaşlıq tarixində yeni bir səhifə açmaqla müntəzəm uçuş şəbəkəmizin coğrafiyasının genişlənməsini təmin edir", - deyə "Silk Way West Airlines" şirkətinin baş icraçı direktoru və prezidenti Volfqanq Mayer bəyan edib.
Öz növbəsində, "Silk Way West Airlines" şirkətinin Hindistan yarımadası, Yaxın Şərq və Afrika ölkələri üzrə baş kommersiya direktoru Conni Rubio qeyd edib ki, Hindistan ən vacib qlobal yük bazarlarından biri olmaqla aviadaşıyıcının biznes strategiyası üçün böyük önəm daşıyır: "Bu genişlənmə sayəsində "Silk Way West Airlines" Hindistanı öz qlobal şəbəkəsinə daxil edərək dəyərli müştərilərinə "Boeing-747F" təyyarələri ilə reyslər təklif edir".
"Taylor Logistics" şirkəti aviadaşıyıcının Hindistan üzrə ikinci baş satış agenti (GSA) olaraq müəyyən edilib. "Taylor Logistics" Mumbay Hava Limanında (BOM) fəaliyyət göstərəcək, "Hercules Aviation" isə aviaşirkətin Dehli Hava Limanı (DEL) üzrə uzunmüddətli tərəfdaşı olaraq fəaliyyətinə davam edəcəkdir.
"TT Group"un üzvü olan "Taylor Logistics Private Limited" bir əsrdən artıq mövcud olan və hava logistikası sahəsində 40 illik təcrübəyə sahib olan nüfuzlu bir biznes qrupudur. Şirkətlər qrupu keyfiyyət və dəqiqliyə verdiyi dəyər sayəsində geniş miqyasda tanınıb.
2006-cı ildə təsis edilmiş "Hercules Aviation" bir çox beynəlxalq aviadaşıyıcının baş satış agenti olmaqla hava yükdaşımalarının idarə edilməsi üzrə qabaqcıl bir şirkət olaraq qurulub. Şirkət satış, marketinq, müştəri xidmətləri, əməliyyatlar, maliyyə və kredit nəzarəti, anbar və gömrük rəsmiləşdirməsi kimi bir çox sahələrdə üstün bacarıqları və təcrübəsi ilə fərqlənən peşəkarlardan ibarət bir komandaya malikdir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli "Silk Way West Airlines" 12 müasir "Boeing 747-8F" və 747-400F yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci il tarixində "Boeing" aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.
"Silk Way West Airlines" şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu "2020-ci ilin yükdaşıma aviaşirkəti" adına layiq görülüb. /oxu.az

Turizm       Tarix: 16 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag