"Şimal axını"nın dağılmış hissəsinin görüntüləri dərc olunub - FOTO/VİDEO

"Şimal axını"nın dağılmış hissəsinin görüntüləri dərc olunub - FOTO/VİDEO
İsveç jurnalistlər norveçli mütəxəssislərlə birlikdə "Şimal axını" kəmərinin dağıdılmış 50 metrlik hissəsini aşkar edərək, fotolarını çəkiblər. Zərərin növü həddindən artıq güc tətbiqini göstərir.
Bu barədə hadisə yerindən ilk fotoları dərc edən "Expressen" qəzeti məlumat yayıb.
Bildirilir ki, nəşr İsveç və Danimarka hakimiyyət orqanlarından Baltik dənizində 80 m dərinlikdə sualtı çəkiliş aparmaq üçün icazə alıb. Şəkillər Norveçin "Blueye Robotics" şirkətinin sualtı pilotsuz uçan aparatı vasitəsilə çəkilib.
"Belə qalın metala zərər verilməsi üçün yalnız həddindən artıq güc tətbiq olunmalıdır. Versiyalardan birinə görə, boru boyunca uzun çat əmələ gəlib", - deyə Norveç pilotsuz təyyarəsinin operatoru Trond Larsen bildirib.
Nəşrdə vurğulanıb ki, seysmoloji avadanlıqla qeydə alınan partlayışın gücü Rixter şkalası üzrə 2,3 bal gücündə zəlzələyə bərabər olub. Şəkillərdə borunun bəzi fraqmentlərinin iti kənarları, digərlərində isə metalın ciddi şəkildə deformasiyası görünür.
"Dibində boru kəmərinin hissələrinə bənzəyən dağıntı parçaları səpələnib", - deyə Larsen bildirib.
Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan edib. Sentyabrın 30-da Danimarka kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini bildirib. 
Bundan əvvəl, Polşa televiziyası "Şimal axını"nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür.
/ oxu.az

Maraqlı       Tarix: 18 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan son xeberler bugun 2026 muharibe son xəbərlər xeberler bugun