""Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Azərbaycan arasında ticarət həcminin artmasına kömək edəcək" - Səfir
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Azərbaycan arasında ticarət həcminin artmasına kömək edəcək.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana deyib.
O qeyd edib ki, Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi vacib iştirakçısıdır:
"Biz hesab edirik ki, bu dəhlizin tam istismara verilməsi Hindistan və Azərbaycan, eləcə də iri Avrasiya regionu arasında daha yaxşı əlaqəni təmin edəcək. Layihənin başa çatması məhsulların hərəkətini asanlaşdıracaq və iki ölkə arasında ticari-iqtisadi əlaqələrin yaxşılaşmasına xidmət edəcək".
Səfir bildirib ki, Mumbaydan Moskvayadək İranın Bəndər-Abbas və ya Çabahar limanlarından, dahan Bakıdan keçən "Şimal-Cənub" marşrutu iqtisadi baxımdan daha səmərəli olacaq və hazırkı dəniz marşrutundan 40 faiz daha qısa olacaq:
"Ona görə də biz "Şimal-Cənub" layihəsində Azərbaycanla əməkdaşlığa böyük önəm veririk və bu layihənin inkişafı üçün Azərbaycanla işləməkdən məmnunuq".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib