Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib

Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edibŞimali Avropanın və Baltikyanı dövlətlərin liderləri Ukraynaya hərbi dəstəyi davam etdirmək və Avropanın müdafiəsini gücləndirmək niyyətində olduqlarını açıqlayıblar.
azxeber.com APA-ya istinadən xəbər verir ki, birgə bəyanat İsveç, Danimarka, Norveç, Finlandiya, İslandiya, Latviya, Litva və Estoniyanın rəhbərləri ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən telefon danışığından sonra dərc edilib.
Sənədin mətni İsveç və Norveç hökumətlərinin rəsmi saytlarında yayımlanıb. Bəyanatda bildirilib ki, Ukraynaya davamlı yardım göstərmək qərarı yalnız Kiyevin təhlükəsizliyi ilə bağlı deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyinin qorunması ilə əlaqədardır. Onlar vurğulayıblar ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi müddətcə, bu ölkələr sanksiyaların sərtləşdirilməsini və daha geniş iqtisadi tədbirlərin tətbiqini dəstəkləyəcəklər.
Bəyanatda qeyd olunur ki, Ukrayna sülhə nail olmaq üçün ciddi niyyətini davamlı şəkildə nümayiş etdirir, danışıqlara hazırdır və Prezident Zelenski ABŞ tərəfindən təqdim edilən sülh planı üzərində işləyir. Eyni zamanda, sənəddə Rusiyanın hələ də atəşkəs və ya sülhə aparan addımlarla bağlı heç bir öhdəlik götürmədiyi vurğulanır. Əksinə, Moskvanın Ukraynanın mülki əhalisinə və infrastruktura qarşı hücumlarını davam etdirdiyi qeyd olunur.
Qərb ölkələri Tramp administrasiyasının Ukrayna planına düzəlişlər istəyir. 
Bir sıra Qərb dövlətləri ABŞ Prezidenti Donald Tramp administrasiyasını Ukrayna üzrə təklif edilən nizamlanma planına yenidən baxmağa çağırıb. Xüsusilə birgə bəyanatda dövlət sərhədlərinin zor tətbiqi ilə dəyişdirilməsinin yolverilməz olduğu vurğulanıb və Ukrayna ordusunun sayının məhdudlaşdırılması ilə bağlı müddəa narahatlıq yaradıb.
Bu sənədə Almaniya, Böyük Britaniya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Finlandiya, Fransa və Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Antoniu Koşta imza atıblar.
Trampın "sülh planı" nəyi nəzərdə tutur?
ABŞ tərəfindən hazırlanmış "sülh planı" hələ rəsmi şəkildə açıqlanmasa da, bir sıra media orqanları layihədən bəzi detallar yayıb. Məlumata görə, plana əsasən, Ukrayna müəyyən əraziləri Rusiyaya güzəştə getməli olacaq, ABŞ və Avropa isə ölkənin bərpasını maliyyələşdirməyi öhdəsinə götürəcək. Bundan başqa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və Moskva ilə Vaşinqton arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.

Siyasi       Tarix: 24 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber kriminal xeberler xabarlar