"Simpsons"lardan növbəti qorxunc proqnoz: 2024-cü ildə nə baş verəcək? - FOTO

"Simpsons"lardan növbəti qorxunc proqnoz: 2024-cü ildə nə baş verəcək? - FOTO
Bəzi hadisələrin əvvəlcə serialda, daha sonra eyni şəkildə real həyatda baş verdiyi məşhur "The Simpsons" ("Simpsonlar") cizgi serialı növbəti proqnozunu verib.  
Belə ki, cizgi filminin yeni bölümündə 2024-cü il ilə bağlı təfərrüat səs-küy yaradıb.
Bütün dünyada maraqla izlənilən serialda 2024-cü il üçün "günəş fırtınası" ssenarisi nümayiş olunub. Qəflətən baş verən fırtınadan sonra bütün elektron əşyalar öz xüsusiyyətlərini itirir və insanlıq ibtidai şəraitə qayıdış edir.
1989-cu il dekabrın 17-də ABŞ-də yayımlanmağa başlayan və 33 ildir davam edən "The Simpsons" cizgi serialının bütün dünyada böyük fanat kütləsi var.
Filmdə bütün dünyada böyük əks-səda doğuran məqamlar kimi koronavirus barədə əvvəldən məlumat verilməsi, Donald Trampın prezident seçkilərində uduzması, Ebola virusu, yeməklərdə at ətindən istifadə, iki "Essex Beatles" fanatının 50 il əvvəl "Beatles"ə göndərdikləri məktubla bağlı Pol Makkartnidən cavab almaları, "Fox" telekanalının "Disney"ə satılması, Ledi Qaqanın "Super Bowl"da uçması, tikintisinə 2009-cu ildə başlanılan və İngiltərənin ən hündür binası olan "The Shard"ın "Simpsons"ların 1995-ci ildə yayımlanan bir bölümündə London səmasında görünməsi, Beyrutda partlayış, "ağıllı telefonlar", Kobe Bryantın ölümü və s. misal göstərmək olar.
Bəzi iddialara görə, hər 100 ildən bir baş verən təbiət hadisələrindən olan günəş fırtınaları bütün dünyada elektrik kəsilməsinə səbəb olacaq gücə malikdir.
Müasir dövrə çox zərər verəcəyi hesab edilən bu fırtına epizodu isə "The Simpsons" filmində yer alıb.
Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 12 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler