Sirlər açılır: "Paşinyan gələn il müxalifətin ciddi müqaviməti ilə üzləşməsə..."

Sirlər açılır: Son zamanlar Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin intensivləşməsi erməni ekspertlər tərəfindən də müzakirə olunur. Belə ki, bir çox erməni politoloqlar danışıqların vasitəçisiz aparılmasının məqsədəuyğun olduğu haqda fikirlər səsləndirirlər. Hətta Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də tərəflər arasındakı danışıqlarda vasitəçi olmaq istəmədiyini vurğulayırlar. Buna səbəb kimi, Bakı və İrəvanın artıq bir çox məsələləri şəxsən razılaşdırdığı göstərilir. Bəs görəsən, Türkiyə həqiqətənmi vasitəçilik missiyasından boyun qaçırır, yoxsa bu, erməni ekspertlərin öz təfəkkürünün məhsuludur? Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında vasitəçilərə ehtiyac varmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, indiki məqamda Ermənistan və Azərbaycan arasında sülhün tezləşməsi gözlənilmir:
"Ancaq bu istiqamətdə ciddi addımlar atılır və müəyyən nəzərə çarpacaq irəliləyişlər var. Yəni erməni ekspertlərin "vasitəçiyə ehtiyac yoxdur" fikiri doğrudur. Çünki vasitəçilər vasitəsi ilə danışıqlar məsələsi keçmişdə qalıb. İndiki məqamda sülh məsələsini Azərbaycan və Ermənistan rəhbərliyi şəxsən həyata keçirəcək. Rusiya, Türkiyə və ya Qərb dövlətlərinin vasitəçiliyi ilə ciddi irəliləyişə nail olmaq mümkün deyil. Onsuz da hər iki dövlət bu məsələdə öz müttəfiqləri ilə müəyyən danışıqlar və məsləhətləşmələr aparır. İndiki məqamda Ermənistan daha çox Qərb dövlətləri ilə məsləhətləşir, Azərbaycan isə xüsusən Türkiyə ilə müzakirələr edir. Hər halda 2025-ci ildə bu məsələlərin qəti şəkildə həllini tapması üçün addımlar atılacaq. Ancaq bu, daha çox Ermənistanla bağlıdır. Çünki İrəvan müəyyən öhdəliklərini yerinə yetirməli, Zəngəzur dəhlizi mövzusunda daha konkret addımlar atmalıdır. Belə bir məqamda qəti şəlkildə sülh məsələsi həll oluna bilər".
Politoloqun sözlərinə görə, Rusiyanın tərəflərə təsir rıçaqları birbaşa hiss olunmur, amma dolayısı ilə bunu görmək mümkündür:
"Ancaq Türkiyə açıq şəkildə Ermənistan və Azərbaycanın məsələni həll etməsindən sonra İrəvanla sərhədləri açacağını deyir. Yəni Türkiyə mövqeyini açıq şəkildə ifadə edir. Rusiya isə bəzi məsələləri pərdəarxası həll etməyə önəm verir. Ümid edirik ki, 2025-ci ildə Ermənistan fundamental məsələlərdə ciddi addımlar atacaq və məsələ həllini tapacaq. Tez bir zamanda sülh müqaviləsininin imzalanacağını gözləmək isə mümkün deyil. Hər halda Paşinyan hökuməti müəyyən addımlar atanda müxalifət qüvvələrini də nəzərə alır. Onların ciddi problem yaradacağını bilir. Odur ki, gələn il Paşinyan müxalifətin ciddi müqaviməti ilə üzləşməsə, məsələni həll edə biləcək. Ermənistanda da müxalifət əvvəlki kimi güclü deyil. Odur ki, 2025-ci ildə sülh müqaviləsinin imzalanması daha inandırıcıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 25 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri