Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU

Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞUXəbər verildiyi kimi, bu gün ABŞ-də prezident seçkiləri keçirilir. Bütün dünyanın diqqəti hazırda okeanın o tayındadır. Aparılan rəy sorğularının nəticələrinə nəzər sadıqda aydın olur ki, hər iki tərəfin şansları bərardir. Bu da seçkilərin nə qədər gərgin keçəcəyinin təzahürüdür.
KONKRET.az bir neçə azərbaycanlı siyasətçiyə "Seçin imkanınız olsaydı, Donald Trampa səs verərdiniz, yoxsa Kamala Harrisə?" sualını ünvanlayıb.
Cavablar isə müxtəlifdir.
ReAL partiyasının sədri Natiq Cəfərli seçimini Trampdan yana istifadə edib.
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞUSabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə sual verildikdən sonra bir neçə saniyə düşünüb və Kamala Harrisi seçib.
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU2024-cü il Azərbaycan prezidentliyinə namizəd Fuad Əliyev Trampın daxili və xarici siyasətini dəstəklədiyini vurğulayıb:
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU"Donald Trampın həm daxili, həm də xarici siyasətini dəstəkləyirəm. 2016-cı ildə də qeyd etmişdim ki, o seçiləcək. Elə də oldu. Bu dəfə də eyni fikirdəyəm".
Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də Trampın qalib gəlməsini istədiyini bildirib.
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞUYeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Nəsirovun sözügedən məsələyə reaksiyası aşağıdakı kimi olub:
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU"Hisslərim mənə deyir ki, Tramp qalib gələcək".
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də Trampı dəstəklədiyini açıqlayıb.
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞUDeputat Fazil Mustafa cavab verməkdə çəkdiyini deyib:

"Trampla Harrisin bizə nə ziyanı, nə də faydası var. Çünki ABŞ-nin "mətbəxini" bilmirik. Seçki kampaniyalarında səsləndirdikləri fikirlərlə, dövlət siyasətində aldıqları qərarlar bir çox hallarda eyni olmur. Buna görə də konkret nəsə demək çətindir. Kimin prezident olacağı bizim üçün nəyisə dəyişməyəcək. ABŞ gündəmində Azərbaycan yoxdur. Tərəflərdən birinə üstünlük verməyə gəldikdə isə bu barədə çətinlik çəkirəm".
Sabiq millət vəkili Vahid Əhmədov isə Harrisin şanslarının daha çox olduğunu bildirib:
Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU"Bu məsələyə fikir bildirməkdə çətinlik çəkirəm. ABŞ-də seçkilər demokratik yolla keçirilir. Orada prezidenti xalq seçir. Hər iki tərəfin reytinqi yüksəkdir. Tramp əvvəl prezident kimi fəaliyyət göstərib deyə, onun barədə təsəvvür mövcuddur. Bir dəfə Harrisin konfransda çıxışına qulaq asmışam, çox savadlı və cəsarətli fikirlər səsləndirdi. Hər iki tərəfin platformalarına diqqət yetirdikdə görürük ki, Tramp daxili siyasətə üstünlük verdiyi halda, Harris Baydenin yolunu gedir. Beynəlxalq aləmə mesajlar verir. Son sözü xalq deyəcək. Lakin düşünürəm ki, Harris bir addım öndədir".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 05 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal bugun son xeber az metbuat