Siyasi şərhçi: "İran Türk Dövlətləri Təşkilatına üzv olacaq

Siyasi şərhçi: İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. Bildiyimiz kimi,  İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.
İranda keçirilən prezident seçkiləri və bu seçkidə Azərbaycan əsilli siyasətçinin qalib gələrək prezident seçilməsini interpress.az-a şərh edən siyasi şərhçi Toğrul Allahverdili bunu təkcə İran azərbaycanlılarının deyil, bütün Türk dünyasının uğuru adlandırıb.
"Bilirsiniz ki, bu gün qonşu İranda prezident seçkiləri başa çatdı, artıq yeni seçilən prezident Məsud bəy qalib oldu. Bir azərbaycanlı və türk millətinin nümayəndəsi olaraq bu, məni çox sevindirir.
Bir məsələni xüsus olaraq qeyd etmək istəyirəm ki, mən İran rejimini, bundan öncəki rəhbərliyini ən çox və sərt tənqid edən şəxslərdən biri olaraq Məsud bəyin prezident seçilməsini çox arzulayırdım. Şükürlər olsun ki, millətimiz qərarını verdi. İranda bir daha bu sübut olundu ki, İran adlanan dövlətdə əsas söz sahibi, əsas aparıcı qüvvə türklərdir, Azərbaycan türkləridir və bu da dünyaya sübutdur ki, seçmə və seçilmə hüququ olarsa, azərbaycanlılar nəyə qadirdır.
Məsud bəyin çıxışlarını hər birimiz dinləmişik, onun hansı baxışa sahib olduğu hər kəsə bəllidir. Bir daha uğurlar arzulayıram və düşünürəm ki, İran-Azərbaycan münasibətləri bundan sonra daha da irəliləyən xətt üzrə inkişaf edəcək.
Bir məsələni xüsus olaraq diqqətinizə çatdırım ki, Məsud bəyi ilk təbrik edənlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu və ölkəmizə səfərə dəvət etdi.
Bu təbrik sırf Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə görüşü ərəfəsində və həmin yerdən oldu. Bu da onu deməyə əsas verir ki, bu, öz-özlüyündə bir simvolik məna daşıyır.
Müstəqil şəxs olaraq hesab edirəm ki, gələcəkdə İran da Türk Dövlətləri Təşkilatının üzvü ola bilər. Çünki Türk Dövlətləri Təşkilatı dünyada artıq söz sahib olan aparacı bir təşkilata çevrilib və İran da türk dövlətlərinə üzv olmaqla regionda inkişafı üçün onun əsas hissəsi ola bilər.
Düşünürəm ki, gələcəkdə bir çox dövlətlər TDT-nin üzvü olacaqlar. Artıq Avropa ölkəsi Macaristanın müşahidəçi üzv olması bunun göstərincisidir.
Ola bilər ki, gələcəkdə Rusiya, İran, hətta Pakistan və digər region dövlətləri də TDT-yə üzv olsunlar və əməkdaşlığı gücləndirsinlər.
Hesab edirəm ki, İranda hakimiyyətə bir türk kimliyinin, türk prezidentin gəlməsi və onun türk dilinə həssaslığı İranın maraqlarını qorumaq çərçivəsində bu dilin İranda varlığının qoruyucusu olacaq. və təbii ki,  Hesab edirəm ki, İran yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olacaq.
Bir şeyi qeyd etmək istəyirəm ki, uzun illərdir, hətta əsrlərdir, biz İranda hakimiyyətə gələnə qədər türkçülüyü qorumağa söz verən, dilimizə sadiq qalaraq fəaliyyət göstərəcəyini vəd verən və sonradan sözünə əməl etməyən, türkləri, azərbaycanlıları sıxışdıran, öz dilində nəinki oxumağa, hətta danışmağa belə qadağa qoyan siyasətçilər, rəhbərlər görmüşük.
Ümidvarıq ki, İranda yeni prezident seçilən Azərbaycan Türkü Məsud bəy öz vədinə xilaf çıxmayacaq, türk millətinin hüquqlarını müdafə edəcək, türkçülüyü qoruyub saxlayacaq ", – Toğrul Allahverdili vurğulayıb. / azxeber.com

Siyasi       Tarix: 07 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xeber saytlari son xeberler bugun 2026 muharibe sou xeberler