Siyavuş Novruzov: "Siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil
Siyavuş Novruzov: "Siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil"
Azərbaycanda bəzi yer adlarının dəyişdirilməsi gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Milli Məclis" jurnalına açıqlamasında deyib.
O bildirib ki, regionların, eləcə də, yerli idarəetmə orqanlarının inkişafına təsir edəcək bəzi qanunlarda dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin iş planına daxildir.
Deputatın sözlərinə görə, bir sıra təkliflər də müvafiq razılaşdırmalardan keçirilir. Komitə sədri siyasi sistemdə dəyişikliklərlə əlaqədar təkliflərinin olduğunu da bildirib.
"Ümumiyyətlə, Avropa İttifaqı ölkələrinin siyasi partiyalarla bağlı qanunlarında da göstərilib ki, partiya bir neçə il fəaliyyət göstərmirsə, avtomatik olaraq qeydiyyatı ləğv edilir. Təbii ki, siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil", - deyə S.Novruzov əlavə edib.
Millət vəkili hesab edir ki, siyasi partiyaların tam şəkildə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir:
"Bu, ölkədə siyasi sistemin daha da möhkəmlənməsinə xidmət edəcək addım olacaq".
Aqşin Kərimov

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb