Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu ilə müqayisə edəsiniz?' - Tahir Kərimli

Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu ilə müqayisə edəsiniz?' - Tahir Kərimli"Fransa parlamentinin qarşısında 3 azərbaycanlı çıxıb Milli Məclisi ittiham edir".
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, həmin şəxslər büdcədən Milli Məclisə 100 milyon pul ayrıldığını, onun 90 milyonunun mənimsənildiyini bildirirlər: "Bunun belə olmadığını biz bilirik. Hətta biz Qarabağ naminə ehtiyacı olan insanlar üçün ev tikilməsi məsələsindən də imtina etdik. Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəm ki?! Deyirlər ki, Tahir Kərimli deyib ki, İlham Əliyevin alternativi yoxdur. Əlbəttə alternativi yoxdur. Alternativi siz uduzmusunuz. Nə vaxt uduzmusunuz, deyim. O vaxt ki, siz Surətin qabağından dovşan kimi qaçdınız, xilaskar kimi Heydər Əliyevi gətirib, yalançı müxalifətçilik edəndə uduzmusunuz. 2005-ci ildə ağalarınız Amerikadan deyəndə ki, siz hətta qalib gəlsəniz belə, hakimiyyəti əldə saxlaya bilməyəcəksiniz. Onda minlərlə insanları küçəyə tökəndə uduzdunuz. 2000-ci ildə boykot elan edəndən sonra gedib ağalarınızla danışdınız, gəldiniz Milli Məclisdə təmsil olundunuz. İnhisarçılıq sizin dövrünüzdə yaranıb. Biz bu Milli Məclisdə oturub xalqın bütün problemlərini dilə gətiririk. Siz 10-15 il oturub parlamentdə hansı məsələni qaldırmısınız? Epizodik çıxışlardan başqa sizin hansı çıxışınız var? Tək istəyiniz sizin kimi dövlət başçısını söyməyimizdir. Siz onu görməyəcəksiniz. Biz islahat istəyirik. İslahatın tərəfdarıyıq. İnhisarçılar sizin dövrünüzdə yaranıb, onları biz yaratmamışıq. 22 il işsiz qaldım, evimə əməkhaqqı gəlmədi. Sizsə gəlib burda iqtidara yaxın oldunuz.
Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu, Əziz Əliyevin nəvəsi ilə müqayisə edəsiniz? Sən miskin, cılız adamlar, kimlə müqayisə edirsiniz özünüzü? Çıxarın alternativ qoyun ortaya. Yoxdur alternativ. Xalqımın bu söyüşkən xasiyyətinə məəttələm. Bu həmin xalq deyildi ki, prezidentin çağırışı ilə 50 min insan könüllü müraciət etdi? Bu gün rüşvətxorluğun, inhisarçılığın qarşısını almaq üçün prezidentə müraciət edirik. Başqa kim bunun qarşısını ala bilər? Başqa biri var? Bizim yaltaqlığa nə ehtiyacımız var? Biz özümüz üçün, övladımız üçün heç nə ummuruq".

Siyasi       Tarix: 28 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun zelzele futbol xeberleri son xeberler 2026