Smartfonun şüalanması dərini sürətlə qocaldır - Müdafiə YOLLARI
Smartfonun şüalanması dərini sürətlə qocaldır - Müdafiə YOLLARI
Telefonun istehsal etdiyi əsas radiasiya mavi işıqdır, lakin ultrabənövşəyi radiasiyadan fərqli olaraq, yanmağa və qızartıya səbəb olmur, ancaq hiss olunmaz şəkildə zərər verir.
Bu barədə rusiyalı kosmetoloq, dietoloq, SPİK Moskva klinikasının baş həkimi Olqa Seredkina xəbərdarlıq edib.
Onun sözlərinə görə, notbuk, smartfon və ya televizor qarşısında altı saat qalmaq, dəriyə günorta günəşində qorunmadan yarım saat qalmaqla müqayisə oluna bilər.
"Mavi işığa məruz qalmaq hiperpiqmentasiyaya səbəb olur. Bundan əlavə, qadcetlərin təsiri dərinin qocalmasını sürətləndirir, ləkələrə və dərinin qurumasına səbəb olur. Smartfondan çıxan mavi işığın epidermisin təbəqələrində kollagenin sintezinə mənfi təsir etdiyi eksperimental olaraq göstərilib", - deyə kosmetoloq bildirib.
Onun sözlərinə görə, gözəlliyi və sağlamlığı qorumaq üçün gün ərzində telefonla əlaqə vaxtını məhdudlaşdırmaq, həmçinin mümkün olduqca danışarkən qulaqcıqdan istifadə etmək lazımdır.
"Telefon seçərkən SAR (Specific Absorption Rate) göstəricisini nəzərə almaq tövsiyə olunur – o, nə qədər aşağı olsa, sağlamlıq üçün bir o qədər yaxşıdır. Smartfonunuzun ekranında mavi işıq filtri quraşdırın və qayğınıza xüsusi məhsullar əlavə edin. "B3" və ya "C" vitaminləri kimi güclü antioksidantları olan qulluq məhsulları dərini qorumağa kömək edəcək. Bundan başqa, tonal məhsullar da dərini yaxşı qoruyur", - deyə Seredkina sözlərini yekunlaşdırıb.
Mənbə: Gazeta.ru

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ