SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - FOTO

SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - FOTODövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini vəzifəsini icra edən İbrahim Əhmədov SOCAR-da yüksək vəzifəyə təyin olunub.
KONKRET.az xəbər verir ki, İ.Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.
"Bildiyiniz kimi, daha əvvəl mən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini vəzifəsində çalışırdım. Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə "mətbuat katibi" kimi qeyd edə bilərlər. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam.
SOCAR-ın kommunikasiyasını effektli şəkildə təşkil edib, Azərbaycanın qlobal brendini ölkə və dünya ictimaiyyəti qarşısında təmsil etməklə, iqtsadiyyatımızın dayağı olan Dövlət Neft Şirkətinin işgüzar nüfuzunun möhkəmlənməsinə və bu minvalla öz kommersiya hədəflərinə çatmasına töhfə verməyə çalışacağam.
12 il ərzində Almaniya Federativ Respublikasında təhsil alıb, elmi tədqiqatlar aparıb, doktor işimi müdafiə etdim və bir müddət Almaniyada işlədim. Lakin 6 il əvvəl Vətənə qayıtmağa qərar verdim. Çün ki, peşə fəaliyyətimin bir ülvi məqsədə xidmət etməsini, mənalı olmasını, Vətən üçün olmasını arzu edirdim. Həm də Vətən həsrəti…
Son illərdə #BizNeftçiyik şüarını yaymaqla, dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz dənizdə və quruda çalışan əli qabarlı Azərbaycan neftçilərinin sözçüsü oldum. İndi göstərilən etimada görə Şirkətin rəhbərliyinə və mənə daim mənəvi dayaq olan əziz neftçi həmkarlarıma təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı SOCAR-ın yeni inkişaf dövründə Şirkətin əməliyyat effektivliyinin artırılmasına öz kiçik töhfəmi verməyə ümidliyəm. Bunun üçün SOCAR-ın Müşahidə Şurasının nəzarəti və rəhbər heyətinin rəhbərliyi altında var gücümlə işləyəcəyəm. Şərəfli peşənin nümayəndələri olan Azərbaycan #Neftçi lərinə layiq bir mətbuat katibi olmağa çalışacağam", – deyə o bildirib.
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sosial       Tarix: 11 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes son xabar butun xeberler valyuta mezenesi