SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildiSOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a daxil olan məlumatda deyilir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır. İş üzrə iddiaçı Fidan Abbasova Musavat.com-a məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib. Sabunçu Məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib və qəbul olunan qərara görə, polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir.
Xatırladaq ki, bu, Orxan İsmayılzadə barədə ilk belə qərar deyil. Bundan əvvəl də çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması Sabunçu Rayon Polis İdarəsinə həvalə olunmuşdu.
O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınması idi. Ötən il Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu bu günə qədər  aliment ödəməkdən yayınır, məhkəmələrin təyin etdiyi atalıq testindən keçməkdən də 7 dəfə yayınıb.
Sabunçu, Xətai, Apellyasiya Məhkəmələrinin qərarlarına əsasən, Orxan İsmayılzadə bioloji atalıq testindən keçməlidir. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, Fidan Abbasovanın onun qızı kimi təqdim etdiyi Nil Abbasovanın atasıdır və ya deyil.
Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi atalıq testindən keçməkdən qərəzli şəkildə yayınıb.
Belə olan halda qanun deyir ki, ekspertizadan – atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri qızına ayda cəmi 500 manat aliment ödəməkdən imtina edir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında onun əmlakına da həbs qoyulub. Artıq yeni məhkəmə qərarı var Orxan İsmayılzadə axtarışdadır. Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.
Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir. Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:
Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə.
Bakıda 2 bina – 16 mərtəbəli yaşayış binaları. "Panorama" və "Axırıncı Aşırım" restoranları – hər biri milyonlarla manat dəyərində.
Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.
Ağsu parkında aptek və restoran – yeznəsinin adına.
Şamaxıda "Şərədli" restoranı, "Ümid" adlı tədris mərkəzi, "Çinarlı Plaza", üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr…
Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur. Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilib.
Milyonların varsa, dövlət adından çıxarılan qərarı icra etməyə bilərsən?
Bu sual təkcə Orxan İsmayılzadəyə yox, Azərbaycan cəmiyyətinə verilməlidir. Əgər aliment ödəməyən, məhkəmə qərarlarına əməl etməyən, dövlətin hüquqi prosedurlarını saya almayan biri cəzasız qalırsa, bu, artıq şəxsi yox, ictimai problemdir. Bir uşaq atasını tanımadan böyüyür. Babasının sərvəti milyonları aşır. Uşağa isə ayda 500 manat ödəmək İsmayılzadəyə çox görünür.
Görəsən, Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov olmasaydı, o, bu şəkildə aliment ödəməkdən yayına bilərdi?

Hadisə       Tarix: 19 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026