SOCAR-ın vitse-prezidenti Türkmənistandakı forumda iştirak edib
Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən bu yana 5 dəfə artıb.
"Report" xəbər verir ki, bunu Aşqabadda keçirilən "Türkmənistanın nefti və qazı" (OGT-2022) Beynəlxalq Sərmayə Forumunda nitq söyləyən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.Natiqin dediyinə görə, Azərbaycan Xəzər regionu ölkələrilə əməkdaşlığın genişləndirilməsində, Xəzərin potensialından dolğun istifadə etməkdə maraqlıdır və bunun üçün birgə səylərin zəruri olduğu qənaətindədir.
Azərbaycanla Türkmənistan arasında uzun əsrlər boyu dost əlaqələrin olduğunu deyən SOCAR rəsmisi iki ölkə arasında indiyədək 100-dən artıq sənədin imzalandığını dilə gətirib.
O cümlədən Xəzərdəki "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair 21 yanvar 2021-ci il tarixli anlaşma memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub.Bununla yanaşı nəqliyyat sahəsində də iki ölkə arasındakı əməkdaşlıqda irəliləyiş olduğu diqqətə çatdırılıb.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR