SOCAR "Qarabağ" yatağı ilə bağlı planlarını açıqladı
2020-ci ilin ikinci yarısında "Qarabağ" yatağının işlənməsi üçün platformanın quraşdırılmasına başlamaq planlaşdırılır.
Milli.Az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, platformanın dayaq bloku artıq hazırdır:
"Bu bloku bizim törəmə şirkətimiz "Bos Shelf" tikib. Bunun ardınca platformanın yuxarı blokunun dizaynı və quraşdırılması planlaşdırılır. Platformada 6 neft hasilatı və 3 su vurma quyusunun qazılması planlaşdırılır. Sualtı texnologiya əsasında yataqda daha iki qaz hasilatı quyusu qazılacaq".
Onun sözlərinə görə, növbəti illərin konyunkturundan asılı olaraq yataqdan əldə olunan məhsulun istifadəsi ilə bağlı ən optimal qərar veriləcək.
Qeyd edək ki, SOCAR və "Equinor" Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə "Qarabağ" neft-qaz yatağının kəşf olunması faktını təsdiq ediblər. İlkin dəyərləndirmələrə əsasən, yatağın neft ehtiyatları 60 milyon tondan çoxdur.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar