ŞOK: Rusiya müharibəni uduzacaq, bu ölkələrdən asılı vəziyyətə düşəcək
Rusiya iqtisadiyyatında müharibənin yaratdığı təzyiqlər, artan inflyasiya, yüksək faiz dərəcələri və texnoloji geriləmə ölkənin həm hərbi imkanlarına, həm də uzunmüddətli davamlılığına ciddi təsir göstərməkdədir. Qərb sanksiyaları fonunda Moskvanın Çin, İran, Şimali Koreya və Hindistan kimi ölkələrdən asılılığının artması isə bu təsirləri daha da dərinləşdirir. Mövcud vəziyyət Ukrayna ilə müharibənin gedişatına necə təsir edir və Rusiya bu yükü nə qədər daşıya biləcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukrayna müharibəsi fonunda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar iqtisadi və enerji sahəsində ciddi mənfi nəticələr doğurur. Onun sözlərinə görə, bu təsirlər artıq özünü açıq şəkildə göstərməkdədir.
"Rusiya prezidenti tərəfindən iş adamları ilə keçirilən görüşdə bəzi iri biznes nümayəndələrindən dövlət büdcəsinə ianə köçürmələrinin istənilməsi ölkədə maliyyə resurslarının daraldığını nümayiş etdirir. Bu, onu göstərir ki, Rusiya tərəfinin büdcə imkanları zəifləyir və əlavə maliyyə mənbələrinə ehtiyac yaranır.
İran ətrafında yaranan gərginlik fonunda ABŞ tərəfindən Rusiya neftinə tətbiq olunan bəzi məhdudiyyətlərin yumşaldılması Moskva üçün müəyyən nəfəs imkanı yaratsa da, bu, uzunmüddətli perspektivdə sektorun tam bərpası anlamına gəlmir. Bu addım o demək deyil ki, Rusiya neft sənayesi əvvəlki səviyyədə inkişaf edəcək və ya ticarət əlaqələri tam bərpa olunacaq".
Ekspertin fikrincə, sanksiyalar qüvvədə qaldıqca Rusiya iqtisadiyyatı üzərində təzyiq daha da artacaq.
"Xüsusilə, iri beynəlxalq şirkətlərin Rusiya bazarını tərk etməsi iqtisadiyyata ciddi zərbə vurub və texnoloji geriləməni sürətləndirib. Bu proses davam edərsə, Rusiya iqtisadiyyatının 1990-cı illərin böhranlı vəziyyətinə qayıtması ehtimalı istisna edilmirl".
Ekspert hesab edir ki, iqtisadi zəifləmə Rusiyanın hərbi xərclərini davamlı şəkildə maliyyələşdirmək imkanlarını məhdudlaşdıra, bu isə birbaşa olaraq Ukrayna müharibəsinin gedişatına təsir göstərə bilər. Eyni zamanda, alternativ tərəfdaşlardan asılılığın artması Moskvanın geosiyasi manevr imkanlarını da daraldır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK