Solçular parlament çoxluğunu qazandı - Fransa Azərbaycan siyasətini dəyişəcəkmi?

Solçular parlament çoxluğunu qazandı - Fransa Azərbaycan siyasətini dəyişəcəkmi?Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, parlament seçkilərində solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyası qalib gələrək 182 mandat qazanıb.
Prezident Emmanuel Makronun "Birgə" koalisiyası 168 yerlə ikinci yerdədir. Üçüncü yerdə 143 yerlə sağçı Marin Le Penin Milli Rallisi qərarlaşıb. Respublikaçılar Partiyası 45 yer qazanıb. Yerdə qalan siyasi qüvvələr isə ümumilikdə 39 yer qazanıblar.
Baş nazir Qabriel Attal istefa verəcəyini açıqlayıb. Aparıcı Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon artıq yeni hökuməti formalaşdırmağa hazır olduğunu bəyan edib .
Fransa parlament seçkilərində Yeni Xalq Cəbhəsi koalisiyasının qalib gəlməsi Fransa-Azərbaycan münasibətlərində irəliləyiş əldə etməyə yardımçı ola bilərmi?
Politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında bildirib ki, Fransada keçirilən parlament seçkilərində solçuların üstünlük qazanması Fransa-Azərbaycan münasibətlərinin qismən yaxşılaşacağına müəyyən ümidlər yaradır:
"Nəzərə almaq lazımdır ki, Fransada erməni lobbisinin güclü olması Fransa-Azərbaycan, Fransa-Türkiyə münasibətlərində irəliləyişlərin əldə edilməsinə əngəl törədir. Jak Şirakın rəhbərliyi dövründə Fransa –Azərbaycan münasibətləri o qədər də gərgin vəziyyətdə olmayıb. Bütövlükdə Fransa-Azərbaycan münasibətlərindəki vəziyyəti Makron hakimiyyəti dönəmində pik həddə çatıb. İndi Fransada solçular üstünlük qazanıblar. Bu da hansısa mənada Fransa- Azərbaycan münasibətlərinin inkişafına müəyyən ümidlər yaradır".
Ekspertin sözlərinə görə, bununla belə, Fransanın Azərbaycana münasibətdə köklü dəyişikliyə gedəcəyi inandırıcı deyil:
"Fransua Ollandın rəhbərlik etdiyi koalisiya da solçulardan ibarət idi və onlar hakimiyyətə gəldikdən sonra Azərbaycanla münasibətlərdə Fransanın ənənəvi ritorikasından uzaqlaşmadılar. Bu baxımdan Yeni Xalq Cəbhəsi koalisiyası təkcə solçulardan ibarət deyil, burada Makronun komandasından olan idarəedicilər müxtəlif nazirlikləri əldə saxlayacaqlar. Məsələn, Makron yenə prezident kimi fəaliyyətdə olacaq. Baş nazir Qabriel Attalın istefasından sonra isə solçulardan yeni baş nazir seçilə bilər. Hər halda Fransa ilə Azərbaycan arasında xeyli problemlər var, bu siyasi münasibətlərdəki zədəyə isə Fransanın neofaşist və işğalçı zehniyyəti səbəb olub. Amma istənilən halda ümid etmək lazımdır ki, Fransa bundan sonra iki ölkə münasibətlərinin düzəlməsi istiqamətində daha böyük addımlar atsın. Amma yenə deyirəm, bu o qədər də inandırıcı görünmür".
Aygün Mirakif
KONKRET.az

Siyasi       Tarix: 08 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xeber saytlari son xeberler bugun 2026 muharibe sou xeberler