Soltan Məmmədov: "Əyani tədris yoluxmanı artırarsa, Nazirlik və TƏBİB..." - VİDEO
Soltan Məmmədov: "Əyani tədris yoluxmanı artırarsa, Nazirlik və TƏBİB..." - VİDEO
Həm Səhiyyə Nazirliyinin, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in istənilən ssenariyə hazır olmaq üçün fəaliyyət planı var. Yəni məktəblər açılmasından sonra epidemioloji vəziyyət dəyişərsə və yoluxmaların sayı artarsa, hansı tədbirlərin həyata keçirilməsi təcrübəsi artıq mövcuddur.
Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.
"Əhalimiz son aylardakı kimi yenə də həmrəylik nümayiş etdirərək peyvənd proqramına geniş miqyasda cəlb olunsa, əminəm ki, karantin rejimi qaydalarının sərtləşməsinə heç bir ehtiyac qalmayacaq. Peyvəndlənmə prosesi ilə əhalinin əksər hissəsinin immunitet qazanması nəticəsində nəinki təhsil sahəsində, həmçinin digər sahələrdə də yumşaldılmalara getmiş olacağıq. Bunun üçün peyvənd proqramının bu gün apardığımız səviyyədə davam etdirilməsi, peyvənd olunan və ya yoluxub sağalanların karantin qaydalarını unutmaması lazımdır. Maska, sosial məsafə və s. qaydalara riayət etməliyik. Əminəm ki, bundan sonra biz addım-addım yumşaldılmaların şahidi olacağıq", - deyə o bildirib.
/oxu.az
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar