Şolz Putinə MÜRACİƏT ETDİ: "Ölkənizin gələcəyini məhv edirsiniz"
Almaniya kansleri Olaf Şolz Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
KONKRET.az xəbər verir ki, Şolz bu müraciəti Lübekdə Sosial Demokrat Partiyasının seçki mitinqində çıxışı zamanı edib.
Şolzun fikrincə, Putin imperiya təfəkkürü ilə xarakterizə olunur, "bizə 19, 18, 17 və digər əsrlərdən məlumdur".
O, Rusiya Prezidentinə "Siz öz ölkənizin gələcəyini məhv edirsiniz" deyib.
Şolz Putini atəşi dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırıb. O xatırladıb ki, Qərb sanksiyaları artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərir.
Almaniya kansleri həmçinin Kremli əmin edib ki, Berlin Ukraynaya müdafiə silahlarını ötürməyə davam edəcək.
Bundan əvvəl Şolz Almaniyanın Ukrayna üçün təminatlarla bağlı konfidensial danışıqlar apardığını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti