Son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib - Sahil Babayev

Son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib - Sahil Babayev"Son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsiəlillərinə təqdim edilib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev avqustun 6-da Prezident İlham Əliyevin iştirakı ilə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə çıxışı zamanı deyib.
Sahil Babayev bildirib:
"Möhtərəm cənab Prezident, məruzə edirəm ki, Sizin tapşırığınıza müvafiq olaraq, Azərbaycanda pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı təsdiq olunmuşdu və bu tədbirlər planının ən əhatəli bölmələrindən biri də məhz məşğulluğa və sosial rifaha dəstək tədbirləri idi. Bu, dörd istiqamət olmaqla 12 tədbiri əhatə edirdi. Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapmışdır. Siz vurğuladınız ki, demək olar, əhalinin yarısını, beş milyon insanı əhatə edən tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Sizin dediyiniz kimi, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdi. Onların əməkhaqları, iş yerləri qorundu. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələləri də öz rolunu oynadı. Həm əməkhaqqı fondumuzda azalma olmadı, əksinə, artım oldu, həm də əmək müqaviləsi ilə işləyən insanların sayında azalma olmadı, artımlar oldu.
İkinci bir istiqamət isə, işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin bugünkü tapşırığınıza uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir. Əhalimizin rifahına sosial dəstək baxımından, əlbəttə ki, çox önəmli bir rəqəmdir.
Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıödənilən ictimai işlər proqramı idi. Bu iş yerlərinin sayı da 90 minə qədər artırıldı. Onlardan 38 mini davamlı iş yerləridir, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu proqram da uğurla icra olunur. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilmişdir. Sizin tapşırığınızla, əlavə olaraq, özünüməşğulluq proqramının genişləndirilməsinə başlanıldı. Bu proqrama Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, yerli banklarımız qoşuldu. Dövlət qurumlarımızdan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "ASAN xidmət"in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yəni çox geniş bir əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlanmışdır.
Sizin tapşırığınızla, həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlandı. Hazırda Sizin tərəfinizdən büdcə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmini 20 min insana biz artıq bu il ərzində çatdıraq. Əlavə olaraq məlumat verim ki, sosial müdafiə tədbirləri də genişlənərək bu il davam etdi. Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artdı və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənildi. Bunu bir daha xüsusi olaraq vurğulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin etdi.
Cənab Prezident, sosial təminat proqramlarımız da genişləndi. Ünvanlı sosial yardım proqramının artırılması, əlavə 14 min ailənin, 58 min şəxsin bu proqrama cəlb olunması, digər tərəfdən mənzil və avtomobil təminatı proqramımızın genişləndirilməsi çox önəmli rol oynadı. Sizin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyiniz müşavirədə verdiyiniz tapşırığa uyğun olaraq, artıq 554 mənzil vətəndaşlarımıza təqdim edilib. Yəni, təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Siz Bakı şəhərində yerləşən binanın açılış mərasimində iştirak etdiniz və şəhid ailələrinə bu mənzilləri təqdim etdiniz. Digər tərəfdən, Sizin çağırışınıza səs verən sosial tərəfdaşlarımızın köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min ərzaq payı təqdim olundu. Burada əsas əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərildi.
Əlbəttə, sosial təminat sahəsində çox önəmli bir yeri də məhz tənha yaşayan ahıl şəxslər tutur. Burada da verilmiş tapşırığa uyğun olaraq, ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürüldü. Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürüldü. Əlavə olaraq bildirim ki, bu dövr ərzində - aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edildi. Bu da əlilliyi olan şəxslər üçün daha bir dəstək tədbiri idi.
Sosial layihələrimizin davamlılığının qorunması, sosial infrastrukturun genişlənməsi baxımından da artıq dörd reabilitasiya mərkəzinin təmir-tikintisi yekunlaşıb. Yaxın günlərdə Sumqayıt, Lənkəran, Xaçmaz və Şəkidə yeni reabilitasiya mərkəzləri vətəndaşlarımızın istifadəsinə veriləcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət kriminal xeberler az meherremlik 2026