Son karantin yumşalmaları hotellərin fəaliyyətinə təkan verib - Ekspert
Son yumşalmalar hotellərin fəaliyyətinə təkan verib.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bəzi hotellər uzun zamandır müştərisiz qalmışdı, ancaq son yumşalmalardan sonra onlarda yenidən canlanma var:
"Belə hotellərdən ən əksəriyyəti Şixov çimərliyində, ilk xəttə olanlar idi. Bu hotellərdə sərt karantin dövründə müştəri sayı xeyli az idi. Avqust ayının 5-dən çimərliklərə verilən icazədən sonra həmin hotellər yenidən fəaliyyətlərini bərpa ediblər. Artıq elə müştərilər var ki, həftə sonlarını məhz dəniz kənarında keçirmək üçün məhz ilk xəttə olan hotellərə müraciət edirlər. Bundan əlavə cari ayın 18-dən retoran və kafelərin açıq havada müştərilər qəbul etməsinə icazə verildi. Bu da öz növbəsində hotellərin fəaliyyətinə müsbət təsir etdi".
R. Gəncliyevin qeyd edib ki, elə hotellər də var ki, öz istiqamətləri üzrə işləyə bilmədikləri üçün fəaliyyətlərini dayandırıblar:
"Misal üçün paytaxt Bakıda elə hotellər var ki, müştəriləri sırf oraya baseindən və su atraksionlarından istifadə etmək üçün gəlirdilər. Bildiyimiz kimi hazırda ölkədə hovuz və su atraksionları qapalı olduğu üçün onlar fəaliyyətlərini dayandırıblar".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar