Son sutkada ikinci dəfə telefonla danışdılar
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla son sutkada ikinci dəfə telefonla danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə V.Zelenski "Teleqram" səhifəsində məlumat verib.
"Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu", – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlarda olduğu kimi eyni məsələlər – Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasına köməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təmin edilməsi də ayrıca müzakirə olunub.
"Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır. Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır. Təşəkkür edirəm!", – deyə Prezident əlavə edib.
Qeyd edək ki, Zelenski oktyabrın 11-də ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın enerji sektoruna hücumları qarşısında Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etdiyini bildirib.
ABŞ mediasının məlumatına görə, Ukraynanın yeni "Patriot" hava hücumundan müdafiə raket sistemləri ilə təchiz edilməsinin mümkünlüyü barədə müzakirələr gedir. Bununla belə, tərəflər Amerikanın "Tomaqavk" qanadlı raketlərinin gələcəkdə Ukraynaya mümkün tədarükünü də müzakirə ediblər.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib