"Son zəng": "Həm sevincli, həm də kədərli onbirincilər" - REPORTAJ + FOTO

"Son zəng": "Həm sevincli, həm də kədərli onbirincilər" - REPORTAJ + FOTO
"Son zəng" - sevinc və kədəri özündə birləşdirən əlamətdar gündür.
Bu gün onbirincilər həyatın enişli-yoxuşlu yoluna doğru ilk addımlarını atırlar. Həyatlarının yeni mərhələsinə qədəm qoyurlar.
Ömrün ən qayğısız, duyğulu və bir o qədər də şirin məktəb illəri hər il iyun ayında 11-ci siniflər üçün "Son zəng" sədaları altında bitir. Bu gün ölkəmizin bütün ümumtəhsil müəssisələrində "Son zəng" çalınıb. Çalınan zənglə onlar bu dəfə tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyublar.
Oxu.Az-ın əməkdaşları bu günü Bakı şəhər Səbail rayonu 132-134 nömrəli orta məktəb məzunları ilə birlikdə olublar. Özəl gündə məktəb direktorunun, müəllimlərin və məzunların təəssüratlarına şərik olublar.
Məktəb al-əlvan bəzədilib. Valideynlər, müəllimlər həyəcanla tədbirin başlamasını gözləyirlər.
Həyəcanlı məzun gözlərində kədər işartıları da sezilir. İllər əvvəl məktəb dəhlizlərində ora-bura qaçan kiçik uşaqlar indi buradan ayrılır, çətin, keşməkeşli həyatın qoynuna atılırlar.
Ətrafa nəzər yetirərkən qarşımıza 132-134 nömrəli məktəbin direktoru Sara Xanlarova çıxır. Bizimlə təəssüratlarını bölüşür:
"Xoşbəxt uşaqları gördükdə çox sevinirəm. Azərbaycançılıq ruhunda gənclərin tərbiyə olunması bizim əsas vəzifəmizdir. Uşaqlara öyrədirdik ki, "dünya qloballaşan dünyadır, siz harada olduğunuzu heç vaxt unutmayın".
Bu il bizim 139 şagirdimiz məzun olur. Çoxusu, demək olar ki, artıq tələbədir. 20-dən çox şagirdimiz dünyanın bir çox universitetlərinə qəbul olub. Buna çox sevinirik. Məktəbimizin nəticəsidir. Valideynlərimizin, müəllimlərimizin əziyyətidir. 2020-ci ildə məktəbimizin 3 məzunu şəhid olub".
Bu gün övladı məzun olan müğənni Vüsal İsrafilov övladının nəticələrinin normal olduğunu qeyd edir:
"Bu gün çox sevincliyəm. bununla yanaşı həyəcanlıyam da. Öz uşaqlığım yadıma düşdü..  Bu gün övladım Əliyaqub məzun olur. Qürur duyuram. İmtahan nəticələri normaldır. Hələ ki, bir söz deyə bilmərəm. Sonda bilinəcək. Bütün məzunlara uğurlar arzu edirəm",
Övladı məzun olan valideyn Fidan Novruzova qızının imtahandan yüksək göstərici ilə çıxdığını söyləyir:
"Bu gün qızım məzun olur. Birinci sinifdən burada təhsil alır. Özüm də buranı bitirmişəm. Böyük oğlum da bu məktəbi bitirib. Qızım Sürəyyanın nəticələri əla oldu. Bu, məktəbin göstəricisidir. Ümumiyyətlə, bu məktəbin şagirdləri hər zaman çox gözəl nəticələr ilə çıxış edirlər".
132-134 nömrəli məktəbin Rus dili və Ədəbiyyatı fənni üzrə müəllimi Səbinə İsmayılova onbirincilərə uğurlar arzulayır:
"Uşaqlara uğurlar arzu edirəm. Dəyərli məzunlarımız məktəbi bitirir. Çox kövrəlirik. Hər zaman uğurları bol olsun. Valideynlərinin sevinci olsunlar. Biz şagirdlərimizi hər zaman gözəl yetişdirməyə çalışmışıq. Vətənə layiqli övlad olsunlar. Məktəbimizdə hər il yüksək nəticə olur. Bizim üçün sevindirici haldır".
Məzun Fatimə Cabbarova planlarını bizimlə bölüşür:
"Bu məktəbdən məzun olduğuma görə çox xoşbəxtəm, şadam. Dəyərli dostlar qazandım. Elmlərə yiyələndim. Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almağı düşünürəm. Universitet olaraq ADA-nı seçəcəyəm".
Məzun Musa Abbasov imtahan nəticələrinin qənaətbəxş olduğunu söyləyir:
"Məzun olduğuma görə çox xoşbəxtəm. İmtahan nəticələrim normaldır. V ixtisas qrupu üzrə imtahan verdim. İdman ixtisası üzrə təhsil almağı düşünürəm".
Məzun Ayxan Quluzadə Böyük Britaniyada universitetə qəbul olduğunu qeyd edir:
"Son Zəng"dən bir-iki həftə öncə mənə maraqlı idi ki, hansı hissləri keçirəcəyəm. Elə bilirdim ki, kədərlənəcəyəm. Amma əsas odur ki, kədərlənmirəm. Bütün məzunlara uğurlar arzulayıram.
İmtahan nəticələrim əladır. Böyük Britaniyada universitetə qəbul olmuşam".
Oxu.Az olaraq bütün məzunları səmimi qəlbdən təbrik edir, Vətənə, millətə layiqli övlad, uğurlu kadr olmalarını arzu edirik. Səsiniz daim zirvələrdən gəlsin!
Nəzrin Vahid

Maraqlı       Tarix: 14 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler en son xeberler bu gun en son xeberleri xabarlar