Soros Bakıya qarşı: Yeni oyun başlanıb

Soros Bakıya qarşı: Yeni oyun başlanıbƏvvəlcə sadəcə, bir sual: dünyanın ən nüfuzlu iqtisadiyyat nəzəriyyəçilərindən və iqtisadi ekspertlərindən birinin nifrət etdiyi, "fırıldaqçı" adlandırdığı, bir sıra ölkələrdə az qala ekstremist sayılan, on milyonlarla insanın yoxsullaşmasına, minlərlə şirkətin müflisləşməsinə səbəbkar olmuş adamın haqqdan, ədalətdən danışmağa haqqı varmı?
Var təbii ki. Çünki danışmaq azaddır – fikir və söz azadlığı məqamları var.
Sivil cəmiyyətdə və normal sosiumda fikir izahı tam sərbəstdir, lakin o fikirlərin necə qəbul edilməsi ayrı məqamdır.
Eynən söz demək kimi, deyilənə inanmaq da hər fərdin sərbəst və asudə seçimidir.
Corc Soros… Bu ad əsla birmənalı deyil.
Onu demokratiya uğrunda mübariz və inkişaf etməkdə olan ölkələrə yardım etməyə çalışan adam kimi təqdim edənlərlə bahəm, bu insana nifrət edənlər də az deyil.
Nifrət edənlər dəfələrlə, bəlkə min dəfələrlə artıqdır.
Çünki Corc Soros artıq fırıldaq, saxtakarlıq, tamah, yalan və s. kimi naqisliklərlə bahəm, dövlət çevrilişlərinə cəhdlərin "rəngli inqilab" kimi təqdim edilən ssenarilərini maliyyəçisi və təşəbbüskarı, xaos və anarxiya carçısı kimi tanınır.
Hələ 1996-cı ildə amerikalı iqtisadçı ekspert Pol Kruqman həzz almaq və gəlir əldə etmək üçün saxtakarlıq edən, valyuta böhranları yaradan iri fırıldaqçıları səciyyələndirmək üçün "Soros" kəlməsini təklif etmişdi.
Postsovet məkanındakı istisnasız olaraq bütün (!) kütləvi iğtişaşların, "rəngli inqilab"ların, hakimiyyətin əsaslarını çökdürərək kənardan idarə edilən xaos yaratmaq cəhdlərinin arxasından Corc Sorosun kölgəsi görünür.
Soros Bakıya qarşı: Yeni oyun başlanıbBu, aberrasiya, fantaziya və ya iddia deyil: postsovet məkanı ölkələri ilə yanaşı, Şərqi Avropa dövlətləri də Corc Sorosun "demokratiya", "insan haqları", "söz azadlığı", "azad seçkilər", "transparent cəmiyyət" kimi şüarların arxasında qurduğu mexanizmi görüblər, anlayıblar.
Məhz bu səbəbdən Corc Sorosun yaratdığı və indiyədək rəhbərlik etdiyi "Açıq Cəmiyyət" Fondu (Open Society Foundations ) onun tarixi vətənindən – Macarıstandan qovulmuşdu.
Almaniyaya köçən Fond Berlində fəaliyyətə başladığı ilk gündən reaksion, mürtəce mahiyyətini əsla dəyişmədiyini göstərdi.
Berlin ofisinin rəhbəri  Qoran Buldioskinin postsovet məkanı dövlətləri, xüsusilə də Azərbaycanla bağlı açıqlamalarında "yeni mərhələnin, yeni dövrün başlanacağı" anonsları səngimirdi.
İndi də belədir.
Problem əslən Macarıstandan olan amerikalı milyarder Corc Sorosun və ya onun hörumçək şəbəkəsindəki fiqurlardan biri Budioskinin mövqeyində, yaxud açıqlamalarında deyil.
Məsələ Sorosun Bakıya təzyiq göstərmək üçün əl atdığı vasitələrin çeşidi ilə təsnifatını artırmasıdır.
Son vaxtlaradək Soros Azərbaycana siyasi təzyiqlər göstərmək vasitəsi kimi Avropa Parlamentindəki sosial-liberalizmin şüarçılarından biri, Avronestin həmsədri Rebekka Harmsdan yararlanırdı. Avropa Parlamentində ölkəmizə qarşı bütün marazmatik siyasi böhtanlar və iddialar, böhtan qovuqları məhz Sorosun sifarişi ilə Harmsın başçılıq etdiyi qrup tərəfindən formalaşdırılırdı.
Soros Bakıya qarşı: Yeni oyun başlanıbHarms marionetka idi və səhnəni tərk edəndən sonra pan-Avropa təşkilatları ilə rəsmi Bakı arasında əməkdaşılığın intensivləşdirilməsi üçün, sən demə, hansısa maneələrin olmadığı aşkarlandı.
Corc Soros qocalıb, yırtıcılar isə qocalanda – təbiətin qanunudur, dişlərini itirirlər.
Lakin o, niyyətindən əl çəkmir və puça çıxmış cəhdlərindən gərəkli, rasional nəticə çıxarmayaraq yeni hücumlara keçir.
Bəhs etdiyimiz irrasional cəhdlərin müntəxabatında indi də "Soros Fondu"nun kuluar formada maliyyələşdirdiyi "Vice Media" da yer alıb.
Məhz "Vice Media" Azərbaycana "spontan" maraq göstərməyə başlayaraq ölkəmiz, xüsusilə də Azərbaycan-Ermənistan münaqişəsi barədə tam dezinformasiya və feyk olan iddialarla zəngin "araşdırma"lar dərc etməyə başlayıb.
Ölkə sərhədlərindən kənardakı hansısa media resursunun mövqeyi bizim üçün təbii ki, ifrat önəmli deyil və taleyüklü məsələ sayılmır. Lakin Sorosun maliyyələşdirdiyi – sadəcə, 2019-cu ildə "Soros Fondu" müxtəlif törəmə şirkətləri və off-şor strukturları, habelə affilə edilmiş qurumlar vasitəsilə "Vice Media"nın hesablarına 238,45 milyon dollar köçürüb – bir media vahidinin özünü "müstəqil araşdırmaçı, arbitr" kimi göstərməyə çalışması ən azı ironiya doğurur.

Eyni sözləri "Soros Fondu"nun bilavasitə maliyyə dəstəyindən bəhrələnən və Almaniya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərərək verbal torpedo atəşlərindən yararlanmağa çalışan strukturlarla qurumlar barədə demək olar.
Almaniyada 16 il fasiləsiz olaraq iqtidar koalisiyasını təşkil etmiş 16 il hakimiyyətdə olmuş mühafizəkar Xristian-Demokrat/Xristian-Sosialist İttifaqının hakimiyyətdən getməsi üçün bütün vasitələrdən istifadə edən "Soros Fondu" Almaniya mediasındakı qatı anti-Azərbaycan kampaniyasının təşkilatçısı və nəzarətçisidir.
Yozef Göbbels təmrinləri ilə fəndlərindən istifadə edən fond törəmə təşkilatlar qismində Almaniyanın aparıcı beyin mərkəzləri "Alman Xarici Siyasət Cəmiyyəti" (DGAP) və "Avropa Xarici Əlaqələr Şurası" (ECFR) ilə kooptasiyanı gerçəkləşdirib.
2016-cı ilədək Azərbaycana qarşı neytral, daha doğrusu, rasional mövqe tutan DGAP həmin il direktor postuna Daniela Şvartserin seçilməsindən sonra kursu dəyişdi.
Alman Marşal Fondunun sabiq rəhbəri D.Şvartser Almaniyada Şərqi Avropa və Cənubi Qafqaz regionu üzrə tanınmış siyasi ekspert Ştefan Maysteri Bakıya qarşı "səlib yürüşü"nə cəlb edib. 2017-2019-cu illərdə "DGAP"-də və 2019-2021-ci illərdə Yaşıllar partiyasına yaxın Henrix Böl Fondunun Tbilisidə yerləşən ofisində işlədiyi zaman S.Master xüsusi "fəallıq" nümayiş etdirmişdi.
Soros Bakıya qarşı: Yeni oyun başlanıb"Soros Fondu"nun maliyyə dəstəyi ilə fəaliyyət göstərən, avstriyalı sosioloq Gerald Knaus tərəfindən 1999-cu ildə təsis edilmiş "Avropa Stabillik Təşəbbüsü" (European Stability Initiative, ESİ) 2012-ci ildən etibarən Azərbaycanın AŞPA-da "lobbiçilik" fəaliyyətini araşdırır. Azərbaycanla bağlı "kürü diplomatiyası" (Caviar Diplomacy) anlayışını siyasi publisistikaya G.Knaus gətirib.
"Kürü diplomatiyası" abbreviaturası ilə tanınan və əslində sabun köpüyü kimi dağılıb puç olan iddiaların əsaslardan məhrum olduğu çoxdan isbatlansa da, C.Sorosun göstərişləri qüvvədədir.
Kanada və ABŞ-da "bipolyar fəaliyyət" göstərdiyini vurğulayan "Vice Media", Almaniyada məntiqlə gerçəyə qarşı konkistadorluq etdiklərini göstərməyə çalışan marionetlər, Azərbaycanla bağlı ancaq neqativ və imkan olarsa ifrat neqativ mənzərə yaratmağa köklənmiş siyasətçilərlə siyasi ekspretlər – bunlar böyük şəbəkənin tərkib hissələridir.
Bakıya qarşı heç nə edə bilməyən və edə bilməyəcək bir şəbəkənin
Ağa qara və ya olana olmayan deməklə həqiqət olmaz ki.
Milli.Az /konkret.az

Siyasi       Tarix: 14 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xəbərlər bugün en son xeberler son xəbərlər bugün 2026 cəbhədən son məlumatlar