Şotlandiyada çimərlikdə aşkar edilən narıncı məxluq insanları təəccübləndirib - FOTO
Şotlandiyada çimərlikdə aşkar edilən narıncı məxluq insanları təəccübləndirib - FOTO
Şotlandiyada çimərlikdə tapılan narıncı məxluq insanları təəccübləndirib.
Yerli sakinlər etiraf edirlər ki, daha əvvəl belə heyvan görməyiblər.
Şahidlərin dediyinə görə, narıncı məxluq balığa bənzəyir. O, uzun və sivri formaya malikdir, onun başa bənzəyən hissəsində ağ ləkələr var.
Məxluq Qreq Cenkinson və oğlu tərəfindən yerli çimərlikdə gəzərkən aşkar edilib.
"Oğlum mənə qışqıraraq dedi ki, "Bax, səkkizayaqlının ayağı!" Çünki uzaqdan o, məhz elə görünürdü", - deyə kişi xatırlayır.
Qreq tapıntının şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Bu yolla o, izləyicilərin heyvanı müəyyən edə biləcəklərinə ümid edib.
"Yadplanetlilərin işğalını saymasaq, bunun nə olduğuna dair heç bir məlumatım yoxdur", - deyə o paylaşdığı şəklin altında yazıb.
Böyük Britaniyanın dalğaların sahilə vurub çıxardığı balinakimilərin tədqiqi üzrə proqramın üzvü Rob Devill qeyd edib ki, bu, kiçik bir balinakimi sinfinə aid heyvanın parçalanmış qalıqları ola bilər, lakin bu, dəqiq deyil.

Mənbə: Daily Star / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR