Şoyqu: 'ABŞ və NATO-nun Əfqanıstandakı missiyası uğursuz olub
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın və Şimali Atlantika Alyansının Əfqanıstandakı missiyasının uğursuz olduğunu və bu ölkədəki vəziyyətin sürətlə pisləşərək hökumətin nəzarətindən çıxdığını deyib.
Azxeber.com APA-ya istinadən bildirir ki, Sergey Şoyqu bu barədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.
"Əfqanıstanın şimal sərhədlərində baş verən hadisələr və əfqanların Tacikistan və Özbəkistan ərazisinə kütləvi köç etməsi, ABŞ ilə "Taliban" hərəkatı arasındakı razılaşmanın həyata keçirilmədiyini göstərir", - Şoyqu bildirib.
Nazirin sözlərinə görə, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və praktiki olaraq hakimiyyətin nəzarətindən çıxır.
""Taliban" artıq ərazinin böyük hissəsinə nəzarət edir. Xüsusilə İŞİD-in və digər beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının burada mövqelərinin güclənməsi narahatlıq doğurur. Beləliklə, ABŞ və NATO-nun Əfqanıstandakı missiyasının uğursuz olduğunu bildirməliyik", -deyə Rusiya müdafiə naziri vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı