Şoyqunun Tehrana apardığı Zəngəzur planı - İran razılaşıbmı?

Şoyqunun Tehrana apardığı Zəngəzur planı - İran razılaşıbmı?Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yenidən İrana getdi və bu, onun 6 avqustdan sonra ikinci səfəri – Bakının da daxil olduğu Moskva-Tehan xəttindəki diplomatik trafikdə isə 4-cü hadisədir.
KONKRET.az xəbər verir ki, avqustun 6-də Şoyqunun Tehran səfəri xüsusilə İran-İsrail qarşıdurması fonunda diqqət çəkirdi. Lakin onun Tehrandan Bakıya uçması diqqəti Cənubi Qafqaza – Zəngəzur dəhlizinə yönəltdi. Və ardınca – avqustun 18-də Putinin Bakı səfərində bütün kartlar açıldı: Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib;
Dəhlizə görə Moskvaya "hücuma" keçən İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı Rusiyaya göndərdi. Məqsəd Tehranın "qırmızı xətlərini" izah etmək və Rusiyanın geri çəkilməsinə nail olmaq idi, hərçənd, bu səfərdən sonra hər iki paytaxda verilən bəyanatlar uzlaşmanın olmadığı ehtimalını gücləndirdi.
Əhmədianın səfərindən bir neçə gün sonra Şoyqunun Tehrana gedişi bu prosesdə əsas diqqətçəkən məqamdır və Rusiyanın İrana təkliflər paketi hazırladığı fikrini önə çıxarır. Əks təqdirdə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Əhmədiana təqdim edildikdən sonra Şoyqunun Tehrana uçmasına zərurət olmazdı.
Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər.
Birincisi, dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur və İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təkifi irəli sürülür;
İkincisi, İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər;
İkinci ehtimal daha zəifdir, çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil, eyni zamanda, Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. İran mediasının təbliğatı da bunu "bağırır". Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir:
– İran mediası "Moskva Tehranın mövqeyini dəstəklədi" formasında yazır;
– Rusiya mediası əksinə, "Tehran Moskvanın siyasəti ilə razılaşdı formasında təqdim edir;
Bu "təqdimat" da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir./Asif Nərimanlı

Siyasi       Tarix: 19 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler