Soyuqda kəskinləşən SİSTİT - Səbəbi, müalicəsi

Soyuqda kəskinləşən SİSTİT - Səbəbi, müalicəsiSistit- sidik kisəsi selikli qişasının iltihabıdır. Daha çox " qadın xəstəliyi" kimi tanınır. Statistikaya görə, yer üzünün bütün qadınlarının 50%- heç olmasa ömründə bir dəfə sistitə tutulur. Hər 10 nəfərdən biri isə, soyuq qış aylarında təkrar-təkrar xəstəliyi keçirir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sistitin Simptomları: tez-tez tualetə getmək, az sidik, sidiyin sonunda kəskin ağrı, sidiyin rənginin tündləşməsi, bulanıq olması.
Bundan əlavə xəstənin halında heç bir narahatlıq olmur, temperatur qalxmır.
Sistit bakterial infeksiyadır, qadınların kiçik olan uretrasından asanlıqla sidik kanalına düşür. Mənbə vagina və ya anal dəlikdir. Bəzi hallarda bakteriya iltihablı böyrəkdən böyrək yolları ilə sidik kisəsinə düşür.
İmmuniteti yüksək olan insanlarda sidik kanalına iltihab düşsə də orqanizmin müdafiə mexanizmi işə düşüb, onu zərərsizləşdirə bilər. Müdaiəf antitelləri yad infeksiyanı məhv edə bilər.
Xəstəlik o halda kəskinləşir ki, təbii müdafiə sistemi işləmir.
Kİmlərdə sistit daha çox rast gəlinir:
-5-8 yaşlı qızlarda - onlarda vaginal mikroflora dəyişən dövr olduğundan və bəzən uşaqlar gigiyenaya tam əməl etmədiyindən baş verir
-Müntəzəm və çox cinsi əlaqədə olanlarda
-Hamiləlik zamanı, uşaqlıq böyüdükcə sidik kisəsinə basır
-Menopauza döcründə - orqanizmdə estrogenlərin səviyyəsi düşür
-Həddən artıq soyuğa məruz qaldıqda, qar üzərində oturduqda, qışda nazik alt geyimi və corab geyindikdə
Diqqət: baxmayaraq ki, qadınlar daha çox sistit olur, bəzən kişilər də sistitə yoluxa bilər. Daha çox yaşlı kişilərdə sidiyin sidik kisəsinə axını pozulduqda bakteriyalar çoxalır.
Dərman yoxsa bitki müalicəsi?
Çxo qadınlar sistitə baş qoşmayaraq, müalicə almır, özbaşına mübarizə aparır: bitki çayı içir, isti hamamda oturur, vanna alır, sidikqovucu atır.
Bütün bunlar müvəqqəti sakitləşdirici təsir edir, amma sistiti yaradan əsas bakteriyaları öldürmür. Ona görə də sistiti kökündən müalicə etməyən insanlara zaman-zaman xəstəlik qayıdır.
Düzgün taktika:
-Uroloqda müayinə
-Sidik analizi vermək
-Həkim sizə uyğun maksimal effektiv antibakterial preparat təyin edir
-2 sutka sonra yüngülləşmə başlayır, sidikdən sonra yanğı, ağrı azalır. Amma müalicə yarıyoda saxlanılmır. Əks halda bakteriyalar tam təmizlənməyəcək.
-Tez tez təkrari sistit olanlarda daha ağır fəsadlar - pielonefrit yarana bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər bu gune olan xeberler sonxabar az xeberler bugun 2026