Stresi necə idarə etmək lazımdır?

Stresi necə idarə etmək lazımdır?COVİD-19 infeksiyasının yayılması müxtəlif şəkildə əhalinin bütün təbəqələrinə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stres və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür. Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatçılıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər. Belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva COVİD-19 pandemiyası zamanı stresin idarəedilməsi barədə danışıb. Mütəxəssis bu kimi çətinliklərin öhdəsindən gəlmək yollarından söhbət açıb.
"Stresin qarşısını effektiv şəkildə necə almalı?" sualını cavablandıran həkim-psixiatr qeyd edib ki, stres - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı olan qoruyucu reaksiyasıdır. Stresin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stres (distres) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər.
"İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stresə davamlılığımız çox şeyə qadirdir və müəyyən stresə və dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distresin öhdəsindən gələ bilmir və bu öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distres fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm".
Onun sözlərinə görə, stresə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur.
Günel Əliyeva qeyd edib ki, bütün bu amillər distresin azalmasına və psixi vəziyyətin yaxşılaşması təsir edib. "Yaxın adama stres zamanı necə kömək etmək olar?" sualını cavablandıran Günel Əliyeva bildirib ki, ilk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır.
Həkim-psixiatr, həmçinin insanın streslə müstəqil mübarizə aparma üsulları barədə tövsiyələrini də bölüşüb. Mütəxəssis bildirib ki, əslində stresin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə, özünüzü səfərbər edib, müxtəlif yollarla stres müqavimətinizin səviyyəsini artırmalısınız.
Bunun ən effektiv üsulları bunlardır:
Fiziki-Gündə 8 saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa
Mental - Müsbət düşüncənin və optimizmin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq
Emosional-Sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalara çətin vəziyyətdə yardım etmək.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər