Su ehtiyatlarından istifadə ilə ilə bağlı yeni proqramlar var - RƏSMİ

Su ehtiyatlarından istifadə ilə ilə bağlı yeni proqramlar var - RƏSMİ"Su qıtlığı ilə bağlı məsələlər daim ölkə rəhbərliyinin diqqətindədir, sudan səmərəli və qənaətlə istifadə etmək lazımdır".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamsında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov deyib.
Onun sözlərinə görə, bu əbəs yerə deyil, çünki dünyada qlobal istiləşmə gedir:
"Hətta BMT-nin hesablamalarına görə, 2001-ci il ilə müqayisə etsək, 2050-ci ilə kimi su ehtiyatları 23 faiz azalacaq. Təbii ki bu da bizim ölkəmizə, iqlimimizə də təsir edir. Ona görə də, Prezindent İlham Əliyev çıxışında daim qeyd edir ki, su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır, itkiyə yola vermək olmaz. Məhz bu məsələ ilə bağlı aprel ayının 15-də Prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı.
Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb".
D.Şərifov qeyd edib ki, sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib:
"Birinci, Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə dövlət proqramıdır. İkincisi isə suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında dövlət proqramıdır".
Bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcəkdir.
Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılması eyni zamanda kadr potensialının gücləndirilməsi hesabına 2030-cu ildə aşağıdakılara nail olunmaq hədəflənməkdədir: Rusiya Federasiyası, İran islam Respublikası və Gürcüstanla transsərhəd su ehtiyatlarının və obyektlərinin birgə idarəedilməsi üzrə iki tərəfli əməkdaşlıq davam etdirilərək və bu sahədə daha sıx əməkdaşlıq yaradılmasına, İran İslam Respublikası ilə Araz çayı üzərində inşa olunmuş "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisi və birgə istismarı üzrə əməkdaşlıq davam etdirilərək bu hidroqovşaqlarda toplanan suların və istehsal olunan enerjinin birgə istifadəsinin həyata keçirilməsinə, suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 %-dən çoxunu əhatə etməsinə, ümumi sututumu 1 milyard m 3 olan 16 ədəd su anbarının layihə sənədlərini hazırlamaqla tikintisinə başlanılması, tikintiləri yarımçıq qalmış 2 ədəd su anbarında işlərin tamamlanması hesabına 124 milyon m 3 su yığılmasının təmin edilməsinə, mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması.
Görüləcək bu və bir sıra əlavə tədbirlər ardıcıllıqla davam etdiriləcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndəriləcək. xəbər verir ki, qatar sabah Biləcəri stansiyasından yola salınacaq

Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib. Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri"

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Bel

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR

Gənclərin inkişafına və maliyyə savadlılığının artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb. Bir həftə davam edən proqra


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri bugun xeberler siyaseti xeberler bugun son xeberler bu gun