"Sülhü təşviq etməklə yanaşı, keçmişimizi də unutmamalıyıq" - Deputat

Azərbaycan və Ermənistan arasında sülh prosesində dinamika artır. Son günlər tərəflər arasında birbaşa təmasların intensivləşməsi bölgədə sülhə doğru real və mühüm addımların atıldığını göstərir. 
Bu çərçivədə 21–22 oktyabr 2025-ci ildə Yerevanda keçirilən görüşdə Vaşinqton Bəyannaməsindən sonra sülh gündəliyi müzakirə olunub, etimadın artırılması, humanitar və iqtisadi əməkdaşlıq imkanları dəyərləndirilib. Ardınca 21–22 noyabr 2025-ci ildə Bakıda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində keçirilən görüşlərdə ekspert dialoqları, media əməkdaşlığı və qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı razılaşmalar əldə olunub.
Deputat Azay Quliyev azxeber.com-a açıqlamasında bildirib ki, belə görüşlər çox əhəmiyyətlidir:
"Hər iki tərəfin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş pilot layihə kimi ilk səfərlərin təşkil edilməsi çox əhəmiyyətlidir. Bu təşəbbüsü qətiyyətlə alqışlamaq və dəstəkləmək lazımdır.
Bu, həm çətin, həm də mürəkkəb bir prosesdir. Lakin iki ölkə arasında dayanıqlı sülhün bərqərar olması, etimad mühitinin yaradılması üçün bu cür addımlar zəruridir. Sülhə mane olmaq istəyən qüvvələrə imkan verməmək üçün prosesə səbrlə və mərhələli şəkildə yanaşmaq vacibdir. İlk olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin, ardınca medianın prosesə cəlb olunması ictimai rəyi sağlam şəkildə formalaşdırmaq və cəmiyyətin reaksiyasını düzgün qiymətləndirmək baxımından çox önəmlidir".
Parlamentari deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün təmin olunması üçün böyük siyasi iradə nümayiş etdirib:
"Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk sülh təşəbbüsü ilə çıxış edən, 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanmasına razılıq verən və bu prosesə əsas aparıcı yanaşmanı ortaya qoyan məhz Azərbaycan Prezidentidir. Prezidentimizin mövqeyi xalqımızın iradəsini ifadə edir və Azərbaycan cəmiyyəti də sülhün, sabitliyin və qarşıdurma dövrünün bir daha qayıtmamasının tərəfdarıdır".
Deputat qeyd edib ki, sülh birtərəfli ola bilməz:
"Sülh sazişinin imzalanması və etimadın yaranması üçün Ermənistan rəhbərliyi ciddi addımlar atmalı, Konstitusiyasından və digər qanunverici aktlarından ölkəmizə qarşı ərazi iddialarını çıxarmalı, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirməli və ən əsası, öz cəmiyyətini sülhə hazırlamalıdır. Hesab edirəm ki, Azərbaycan xalqı tam, davamlı və geri dönüşü olmayan sülhə hazırdır".
A.Quliyev vurğulayıb ki, barışıq məsələsi həssas və daha uzunmüddətli prosesdir:
"Azərbaycan xalqının başına gətirilmiş faciələri, deportasiyaları və soyqırımları bir anda unutmaq mümkün deyil. Barışıq dərin hazırlıq, milli yaddaşın qorunması və tarixdən doğru nəticə çıxarılmasını tələb edir. Biz elə etməliyik ki, gələcək nəsillər 100 il sonra eyni hadisələrlə üz-üzə qalmasın. Buna görə də sülhü və barışığı təşviq etməklə yanaşı, keçmişimizi unutmamalı, regional və qlobal geosiyasi dəyişikliklərə daim hazır olmalıyıq".
"Nəticə etibarilə, sülhün bölgəyə gəlməsi əmin-amanlıq, inkişaf və yeni imkanlar deməkdir. Bu gün Azərbaycan güclü və nüfuzlu dövlət kimi təkcə Cənubi Qafqazın deyil, daha geniş bir coğrafiyanın gələcəyi üçün məsuliyyət daşıyır. Əminəm ki, ölkəmizin həyata keçirdiyi bu tarixi missiyadan bütün xalqlar faydalanacaq"-, deyə deputat qeyd edib.
Şahanə Ziyad

Siyasi       Tarix: 25 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri futbol xeberleri son xeber 2026 cəbhədən son məlumatlar