Sumqayıtda partlayış oldu, xəsarət alanlar var
Sumqayıtdakı müəssisələrin birində partlayış olub.
Azxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan "STP AH" MMC-də baş verib.
Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb.
Orada olan 3 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.