Sumqayıtda vəzifəli şəxs cərimələnib
Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkına yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Open.az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və "Flame MTK" MMC tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub.
O qeyd edib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və tikinti aparılan yerdə yaşıllıqların olmadığı müəyyən edilib: "Aparılan araşdırma zamanı yaşayış obyektinin tikintisinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan aparıldığı aşkar edilib.
Faktla bağlı MMC-nin məsul şəxsi Vüqar Səmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 500 manat məbləğində cərimə olunub. Ətrafdakı ağacların qorunub saxlanması və tikintiyə ekoloji ekspertiza rəyinin alınması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub